
Google-da reklam geniş,ən əsası sizə lazım olan potensial müştəri ola biləcək hədəf kütləsinə tez müddətdə çatmaq və satışlarınızı artırmaq üçün sizə bir çox fürsətlər verir. Google-da reklamın bir çox növü vardır:
1. Google axtarış səhifəsində reklam;
2. Display banner reklam;
3. Youtube video reklam;
4. E-mail üzərindən reklam;
5. E-ticarət vebsaytlarında reklam.
Reklam kampaniyasını başlamaq üçün əvvəlcə Google Reklamları hesabı yaratmalısınız. Hesab yaratdıqdan sonra, reklam kampaniyasını təyin etmək üçün aşağıdakı addımları
izləməlisiniz:
Hədəf auditoriyasını və reklam məqsədini müəyyən edin.
Reklam formatını seçin (məsələn, axtarış reklamları, görüntülər üzərində reklamlar, video reklamlar).
Reklam mətnini, görüntü və ya video materyallarını əlavə edin.
Reklam büdcəsini və maksimum təklif dəyərini təyin edin.
Reklamın nə vaxt və harada göstəriləcəyini tənzimləyin.
Kampaniyanı yaratmaq üçün təsdiqləyin və yayınlayın.
Google-da reklam kampaniyasının uğurlu olması üçün bir neçə nüansa fikir verilməlidir:
1. Headline, yəni başlıqlar müştərinin niyyətinə uyğun, düzgün açar sözlərlə qurulmalıdır.
2. Description,yəni təsvirlər başlığa uyğun olmalıdır. Qısa və birbaşa məhsul haqqında təsvir yaratmalıdır. Headlinelar və descriptionlar 2 və daha artıq ola bilər. Bu optimallaşdırmalar nəticəsində landing page yəni açılış səhifəniz relevantlaşır. Belə olduqda sizin keyfiyyət səviyyəniz artır və ümumi qoyacağınız büdcəyə sizin xeyrinizə təsir edir.
3. Uzatmalar əlavə edərək reklamınızın optimallaşdırma səviyyəsini yüksəldə bilərsiniz.
Açar sözlər üçün Keyword planner, Moz, Ahref, Semurash kimi açar söz axtarış vasitələrindən istifadə edə bilərsiniz. Google keyword planner və digər vasitələrlə açar sözləri təyin edərkən hətta hansı aylarda nə qədər axtarılıb, seçdiyiniz açar sözlərə təxmini nə qədər pul ödəyə bilərsinizz kimi xüsusiyyətlərə baxmaq da mümkündür. Bu sizin daha uyğun açar söz seçməklə düzgün hədəf kütlənin qarşısına çıxmağa kömək edir.
Neqativ sözlər funksiyasından istifadə edin. Neqativ sözlər reklamınızın sizin istəmədiyiniz açar sözlərlə potensial müştərinizin qabağına çıxmasının qarşısını alır. Eyni zamanda boş yerə klikə pul xərcləməyinizin də qarşısını alır.
Təkrarlanan sözləri silin. Məsələn, bir reklam qrupunda eyni sözün təkrar-təkrar işlənməyi sizin keyfiyyət səviyyənizi aşağı salacaqdır.
Relevantlılıq - insanların axtardığı şeyə uyğun olaraq qarşısına probleminin həlli kimi çıxmaq olur.
Vaxta qənaətlilik - düzgün açar söz, hədəf kütləsi seçimi ilə tez vaxtda nəticə əldə edilir. Ehtiyacı olduğu vaxtda müştərinin qarşısına çıxan reklam ən yaxşı reklamdır.
Keyfiyyətli müştəri - Google-da reklam edildikdə məhsul müştəri sənə gəlir,sən müştəriyə yox. Yəni ehtiyacı olmadığı bir şeyi heç kəs axtarmaz. Deməli bu insanlar potensial müştəridir.
Kontro - büdcəni müxtəlif seqmentlərə görə tənzimləyib, həm artırıb, həm də azalda bilərsiniz.
Ölçülə bilənlik - buradakı müəyyən metrikalar ilə hansı strategiyanızın yaxşı işləyib-işləmədiyini müəyyən edərək. Səhvlərinizi düzəldə bilər, biznesinizi daha yaxşı inkşaf etdirə blərsiniz.
Axtarışda 1-cilik - axtarış zamanı brendiniz ən üstdə görünərək potensial müştəriyə aktiv şəkildə çatır.
Büdçə dostu - reklam üçün qoyacağınız büdcəni təxmini olaraq sizə göstərir. Buna əsasən sizin üçün ən sərfəli büdcəni müəyyən edə bilirsiniz.
Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar
URL Nədir?
Səsli axtarış Digital Marketinqi necə yönləndirir?
Səsli axtarışları optimallaşdırmaq üçün 7 məsləhət!
UX nədir?
Backlink nədir? Pulsuz backlink necə alınır?
İnfluencer marketingi nədir?
Marketoloq olmaq üçün nə etməliyəm?
Linkedində necə istifadəçiləri artırmaq olar?
SMM nədir?
Digital Marketing nədir?
Kontent nədir ?
Remarketinq nədir?
Email marketing nədir?
Rəqəmsal marketinqlə ənənəvi marketinqin fərqi nədir?