Affiliate Marketing və ya satış ortaqlığı yayımçıların müxtəlif kanallar vasitəsi ilə bir satıcının məhsul və ya xidmətini tanıtdığı və bunun qarşılığında edilən satışın və ya trafikin müəyyən faizini aldığı marketinq modelidir. Eyni zamanda rəqəmsal marketinqin mühüm qollarından biri olararq hesab edilir.
Affiliate Marketing-in necə işləməsindən danışmadan əvvəl “Affiliate Marketer”, “Merchant” və “Affiliate Network” kimi terminləri bilməkdə fayda var.
• Affiliate Marketer – hər hansı bir satıcının satdığı məhsul və ya xidmətinin tanıtımını edən şəxs və ya təşkilat.
• Merchant - affiliate-in tanıtımını etdiyi məhsul və ya xidmətin satıcısı olan şəxs və ya təşkilat.
• Affiliate Network - affiliate ilə merchant-ın qarşılaşmasına və anlaşmasına vasitəçəlik edən şəbəkə.
Affiliate Marketinqin necə işləməsinə qayıdsaq bu prosses affiliate-in affiliate networkda hər hansı bir proqrama qoşulması və tanıtımını etməsi üçün link alması ilə başlayır. Müştəri bu linkə klik edərək alış etdikdə sistem bunu qeydə alır və affiliate bundan komissiya qazanır. Aşağıdakı təsvirdə bununla bağlı mərhələlər detallı şəkildə göstərilmişdir
1. Satıcının verdiyi linki affiliate marketer bunu veb-sayt, bloq, sosial media platformaları kimi rəqəmsal mülklərindən birinə əlavə edir.
2. Müştəri bu linkə klik edir.
3. Müştəri daha sonra satıcının veb-saytına ziyarət edir.
4. Müştəri alış gerçəkləşdirir.
5. Bu alışlar sistem tərəfindən izlənilir.
6. Satıcı bu satışı qeydə alır.
7. Satışın qanuni olduğu təsdiqlənəndən sonra əməliyyət affiliate marketer-in hesaba köçür.
8. Və affiliate bundan müqavilə şərtlərinə görə komissiya qazanır.
• Niş saytlarda tövsiyyə yazıları və ya analiz yazıları yazaraq markanın saytına ziyarətçi yönləndirmək.
• Ziyarətçilərə cash-back (pul qaytarma) təmin edərək markanın saytına ziyarətçi yönləndirmək.
• Fərqli məhsulları saytlarında müqayisə üsulu ilə markanın saytına ziyarətçi yönləndirmək.
• Ziyarətçilərə kupon kodu təmin etməklə marka saytına ziyarətçiləri yönləndirmə.
• Niş saytlarda display reklamlar ilə markanın saytına ziyarətçi yönləndirmək
Affiliate marketinq proqramları, bir şirkətin məhsullarını və xidmətlərini başqa insanlar və şirkətlər vasitəsilə satışı üçün təşkil edilmiş və idarə olunan proqramlardır. Bu proqramlar, bir şirkətin məhsullarının və xidmətlərinin geniş bir auditoriyaya çatmaq və satışları artırmaq məqsədi ilə affiliate-lər ilə əməkdaşlıq etməyə imkan verir. Bu mənada bu proqramlar haqqında danışmaq yerinə düşərdi. Gəlin “e-Bay”, “Amazon Ass” “Hubspot”, ‘Clickbank” kimi və.s bunu kimi proqramlara nəzər yetirək.
Söhbət affiliate proqramlarından gedirsə Amazon Associates şübhəsiz bu proqmların ən yaxşılarındandır. Dünyanın ən böyük şirkətlərindən biri olaraq Amazon, e-ticarətin böyük potensialına görə affiliate marketer-lərin seçimi olmaqda davam edir. Eyni zamanda asan qeydiyyat prosessi nəzərə alındıqda yeni başlamaq istəyənlər üçün ideal seçimdir.
Marketinq, satış və müştəri xidmətləri üçün olduqca məşhur bir CRM platforması olan HubSpot, ən yüksək ödənişi edən proqramlardan biridir. Bundan ziyadə HubSpot affiliat-lərə proqramın ilk 30 günündə 80 dollara qədər xoş gəldin bonusu verir və hədəf kütlənizə tanıtım etməyinizə kömək etmək üçün zəngin resurslar və materaillar ilə təmin edir.
Yarandığı gündən bəri 1,9 milyarddan çox siyahı və 132 milyondan çox istifadəçisi olan eBay, insanların və bizneslərin məhsul və xidmətləri alıb-satdığı onlayn auksion və e-ticarət şirkətidir.
Amazon Associates kimi, eBay ilə ortaqlıq edən affiliate-lər də qədər geniş çeşiddə əşyaları tanıtımını edə bilər. Şirkətin dinamik bazarı müxtəlif maraqları olan alıcıları əhatə edir və bu müxtəliflik ümumi maraq və ya geniş auditoriyaya malik affiliate-lər üçün gəlirli imkanlara çevrilir.
Clickbank, 200 milyondan çox insanı əhatə edən 4000-dən çox unikal məhsuldan ibarət kitabxanaya malik affiliate marketinq və e-ticarət platformasıdır. Clickbank rəqəmsal məzmun yaradıcılarına və affiliate marketer-lərə həmin məhsulları tanıtmaqla komissiya qazanmağa imkanı verir.
ClickBank reklam etmək üçün demək olar ki, hər hansı bir nişin filialları üçün geniş çeşiddə rəqəmsal və fiziki məhsullar təklif edir. Bununla baxmayaraq ən qədim affiliate şəbəkələrindən biridir və siz yüz minlərlə başqaları ilə rəqabət aparacaqsınız, lakin yaxşı xəbər budur ki, təşviq edə biləcəyiniz məhsulların miqdarında heç bir məhdudiyyət yoxdur.
Semrush açar söz analizi, rəqib analizi və Google reklamları optimizasiyası üçün istifadə edilən ən populyar SEO alətlərindən biridir. SEO ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün buraya klik edin. HubSpot kimi yükəsk ödəniş verən Semrush, affiliate marketer-ləri support team və video, banner, landing pages kimi yüzlərlər tanıtım materialları ilə təmin edir.
Niş, hər hansı bir məhsul və xidmətin aid olduğu bazarın daha dar və ya spesifik bi seqmentidir. Ancaq seçə biləcəyiniz yüzlərcə niş sahə arasında düzgün seçimi necə etmək olar? Bunun üçün bir sahə seçmədən əvvəl aşağıdakı faktorları nəzərə alın:
• Rəqabət
• Tələbat
• Maraq dairəniz
• Mənfəət
Bu mərhələ biznesiniz üçün hansı platformadan istifadə edəcəyinizə qərar verdiyiniz mərhələdir. Hər bir affiliate merketer-in bir platforması vardır. Sözügedən platformalar bunlardır:
•YouTube
• Bloqlar
• Veb-saytlar
• Sosial Media Platformaları
• Podkastlar
Seçəcəyiniz platforma seçiminizə və sizin nişinizə bağlı olaraq dəyişə bilər. Məsələn, rəqs ilə məşğul olan insanlar daha çox video izləməyi üstün tutacaqdır. Ancaq günümüzdə YouTube istifadə etmək daha yaxşı bir seçim halına gəlmişdir.
Növbəti mərhələ hansı affiliate proqramının və bu proqramlarının hansının sizin nişinizdəki məhsulları tanıtmaq üçün optimal seçim olduğunu müəyyənləşdirməkdir. Affiliate proqram seçərkən nəzərə alınması olan nüanslar:
• Bu proqramın yaxşı bir reputasiyası varmı ?
• Bu proqramın yaxşı bir komissiya faizi varmı ?
Bloqlar bunu etmək üçün əla seçimdir. Findstack-in məlumatına görə affiliate marketer-lərin 65 %-nin sadəcə bloq yazaraq trafik əldə edirlər. Digər bir yol isə sosial media platformalarından istifadə etməkdir. Həmçinin bu daha asan və ucuz başa gəlir. Əgər bir bloqunuz ya da bir YouTube kanalınız varsa, SEO-nu araşdırıb və öyrənməyiniz işinizə kömək olacaqdır. Çünki, SEO axtarış matorundan gələn trafikin 83 %-ni təşkil edir.
Nəyin daha yaxşı nəticə verdiyini izləyin və performansı daimi olaraq optimizasiya edin. Hansı məhsulların və ya kontentin daha çox dönüşümə səbəb olduğunu anlamaq və buna uyğun addım atmaq önəmlidir.