Marketoloq olmaq üçün nələri öyrənməliyəm? Marketoloq kimdir? Hansı vəzifələri var? Marketoloq hansı bacarıq və keyfiyyətlərə sahib olmalıdır? kimi sualların cavabı burada! Bu blog digər marketing blogları kimi yalnız məlumat toplusundan ibarət deyil. Burada sizə yardımçı ola biləcək bir çox əlavə linklər var. Bu blog marketoloq olmaq istəyənlər üçün bir yol xəritəsidir.
Marketoloqun məşğul olduğu başlıca vəzifələr kimi bunları qeyd etmək olar:
Bunlar əsas olanlarıdır. İş elanlarında marketoloq pozisiyalarına baxmaq həmçinin özünüzü oradaki tələblərə uyğun inkişaf etdirmək üçün linkə keçid edin. JobSearch.az və boss.az Ekaryera.az
Yuxarıdakı səbəblərdən şirkətlər marketoloq pozisiyasına uyğun birini axtararkən çoxlu şərtlər irəli sürür. Bütün bunları nəzərə alsaq marketoloq olmaq istəyən şəxslər aşağıdakı şəxsi keyfiyyətlərə sahib olmalıdır. Bu keyfiyyətlərdən hansılar sizdə yoxdursa onları daha tələbəlik zamanından inkişaf etdirmək üçün çalışın.
Networkinginizi inkişaf etdirmək üçün təcrübə proqramlarına qoşulun. Həmçinin facebookda bu sahəylə bağlı qruplara qoşula bilərsiniz. Bunlardan biri Marketinq Azərbaycan (Marketing Azerbaijan) | Facebook qrupudur. Və bu qruplarda olan aktiv Marketoloqlara virtual dost olaraq trendlərdən xəbərdar ola bilər həmdə networkinginizi artıra bilərsiniz.
Marketoloq olaraq xarici şirkət nümayəndələri ilə əlaqə saxlamaq və ya bazar araşdırması edərkən ingilis dilindən istifadə etmək lazım olacaq.
Əgər siz Azərbaycanda qalıb karyeranızı burada inkişaf etdirmək istəyirsinizsə rus dili bilmək sizlər üçün çox vacib nüans ola bilər.
P.S Xarici dil biliklərinizi inkişaf etdirmək üçün online ingilis dili kurslarımıza və ya rus dili kurslarımıza qoşula bilərsiniz. :)
Dizayn proqramlarında işləməyi bacarmaq sizlər üçün çox önəmli bir müsbət cəhət ola bilər. Xüsusilə Photoshop, İllustrator proqramları.
Marketoloq olmaq üçün Microsoft Office proqramlarında yaxşı işləmək bacarığı tələb olunur. Marketoloq gün ərzində çox sayda informasiya ilə qarşılaşır. Bunların hamısını sistemləşdirib lazım olan an asanlıqla tapılmasını təmin etmək üçün bu proqramlar önəmlidir.
İnternet artıq həyatımızda çox əhəmiyyətli rola malikdir. Şirkətlər artıq internet vasitəsilə reklam kampaniyaları həyata keçirir, potensial müştərilər tapır və hətda onlara məhsul və ya xidmət satır. Bu marketinqin ən müasir qoludur və ‘Rəqəmsal Marketinq’ adlanır. Artıq burada online strategiyalar hazırlamaq lazım olur. Google, Facebook potensial müştərilər qazanmaq üçün istifadə olunan əsas platformalardan yalnız ikisidir. Günümüzdə şirkətlərin əksəriyyətində artıq ‘Rəqəmsal Marketinq’ bölməsi vardır və bu sahə üzrə mütəxəssislərə tələbat getdikcə artır.
Bu sahə üzrə biliklərə yiyələnmək və peşəkar olmaq istəyirsinizsə digital marketing kursları ilə bağlı linkə klikləyin
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar