Açılışı Search Engine Optimization olan SEO axtarış sistemlərində ilk sıralarda çıxmaq üçün onlayn məzmunun və veb saytın optimallaşdırılması prosesidir. Hər gün insanlar Google və ya başqa axtarış sistemlərində saysız hesabsız axtarışlar edirlər. Və bu danılmaz faktdır ki, hər kəs ilk olaraq ən öndə çıxan nəticələrə klik edir. Deməli əgər biz satışla məşğuluqsa və avtomatik olaraq ilk sıralarda bizim veb saytımız çıxırsa axtaran adam ilk olaraq bizim vebsaytımıza daxil olmaq üçün klik edəcək. Bu isə hər gün yüzlərlə klik və sonda satış deməkdir. Və ya ola bilər ki, biz bloq yazan bir veb sayt idarə edirik və axtarış edən şəxslərin qabağına ilk bizim bloqlarımız çıxır. Yəni istədiyimiz nəticəni əldə etmiş oluruq çünki hər gün yüzlərlə oxuyucuya çatırıq.
Elə buna görə də şirkətlər üçün SEO xidməti vacibdir. Bunu bir nümunə ilə də göstərə bilərik. Məsələn siz kitab satışı ilə məşğul olursunuz və kimsə “bədii kitablar” açar sözü ilə axtarış etdikdə siz çıxmırsınızsa bu sizin müştəri itirməyinizə səbəb olur. Çünki axtaran şəxs elə qabağına ilk çıxan nəticələri klikləyir, istədiyi məhsulu tapır və əldə edir. Buna görə də SEO xidmətindən yararlanmaq onlayn şəkildə satış və brendin tanınması üçün mütləqdir.
SEO checker sayt dedikdə hər kəsin bildiyi və ən məşhur tool olan Google Search Console-dan danışmaq lazım gəlir. Google Search Console Google tərəfindən pulsuz təqdim edilir və veb saytların performansını izləməyə və optimallaşdırmağa kömək edir. Bəs Google Search Console təqdim etdiyi funksiyalar hansılardır?
Performans hesabatı: Bunun sayəsində siz saytınızın nə qədər göründüyü, hansı səhifənin nə qədər klik aldığını və saytın rəqiblər arasındakı sıralamasını görürsünüz.
URL inspection: URL inspection sayəsində siz saytınızdakı ayrı-ayrı səhifələrin indexlənmə vəziyyətini görə, nəzarət edə və yeni səhifələrin daha tez indexlənməsi üçün yoxlanışa göndərə bilərsiniz.
Ümumi hesabat: Veb saytınızı axtarma və indeksləşdirmə zamanı Google-un qarşılaşdığı problemləri vurğulayır ki, burda baş verən səhvləri, indexlənmə problemi yaradan faktorları, və ya uğurla indexlənmiş səhifələri görmək mümkündür.
Sayt xəritəsi: Google-a saytınızın strukturunu anlamağa və onu daha effektiv indeksləməyə kömək etmək üçün XML sayt xəritələrini təqdim etməyə imkan verir.
Vebsaytın SEO analizi zamanı SEO mütəxəssisinin diqqət etməsi lazım olan bir çox faktor var. Bunlardan birincisi açar söz araşdırmasıdır, hansı ki, istifadəçi niyyətini daha yaxşı başa düşmək üçün bir çox alətlərdən istifadə edərək açar söz araşdırması etmək lazımdır. Bu açar sözlər üçün başlıq tegləri, meta descriptions optimallaşdırılmalıdır. İkinci, məzmunun keyfiyyətinə və uyğunluğuna diqqət edilməli, köhnəlmiş yazılar yenilənməlidir. Üçüncü, saytın mobilə uyğunluğu və sürətli mütləq yoxlanmalıdır. Google Search Console istifadə edilərək göstərilən xətalar və problemlər ortadan qaldırılmalıdır. Dördündü, səhifəyə verilən backlinklərin keyfiyyəti müəyyən edilməlidir və toxic və spam olanlar ortadan qaldırılmalıdır.
Google SEO audit üçün adı ən çox bilinən 2 alət Ahrefs və SEMrush-dır. Bu alətlər hətta SEO üçün əvəzedilməzdir çünki onların sayəsində səhvləri rahatlıqla tapıb optimizasiya etmək olur. SEMrush, SEO, pullu trafik, sosial media və daha bir çox funksiyaları özündə birləşdirən marketinq alətidir. SEMrush açar sözlər sıralaması, backlink, rəqiblərin təhlili və sayt auditləri haqqında məlumat verir. Ahrefs də SEO təhlili üçün hər zaman istifadə olunur. Ahrefs sayt kəşfiyyatı, açar sözlər araşdırması, backlink təhlili və rəqib araşdırması üçün xüsusiyyətləri bizə təqdim edir. O veb saytın performansını izləmək və yaxşılaşdırmaq üçün geniş istifadə olunur.
On page SEO və Off page Seo ümumi SEO-nun iki əsas komponentidir. On page Seo-ya vebsaytın səhifələri içərisində edilən optimallaşdırmalar aiddir. Bunlardan biri məzmunun keyfiyyətidir hansı ki, açar sözləri əhatə edən və mövzuya birbaşa bağlı olan keyfiyyətli kontent yaratmaq lazımdır. İkinci yer meta tags tutur. Meta taglar hər səhifə üçün unikal, cəlb edici, və açar sözləri əhatə edəcək şəkildə yaradılmalıdır. On page SEO-da URL strukturu və şəkil optimizasiya da əsas yeri tutur. Səhifənin mobildə də yaxşı görünməsi üçün mobile-friendly dizayn, səhifənin sürəti və daxili linkləndirmə də on page SEO-da əsas komponentlərdəndir.
Off page SEO veb saytın axtarış motoru reytinqlərinə təsir edən xarici amillərə diqqət yetirir, çox vaxt veb saytdan kənarda baş verən fəaliyyətləri əhatə edir. Əsas məqsəd veb-saytın etibarlılığını, nüfuzunu və populyarlığını artırmaqdır. Off page SEO üçün ən önəmli olan şey backlinkdir. Nüfuzlu veb saytlardan backlink almaq səhifə üçün çox önəmlidir. Off page SEO üçün nüfuzlu vebsaytlara bloqların yazılması önəmlidir və bu guest blogging adlanır. Social media əlaqələdirməsi və influencer marketing də Off page SEO üçün önəmli olan faktorlardandır.
SEO marketing xidmətləri arasında önəmli yer tutur. Bildiyimiz kimi artıq hər kəs hər hansısa məhsul və xidmət axtarışını Google və ya başqa axtarış sistemləri üzərindən edir. Yəni əgər onlayn satış mümkündürsə və ya brendin tanınması bizim üçün lazımdırsa deməli axtarış sistemlərində öndə çıxmaq ən önəmli faktordur. Bunun isə tək yolu SEO ilədir. Ona görə günü gündən SEO marketing xidmətitləri arasında daha da məşhurlaşır. Xüsusilə şirkətlər orqanik trafikin onlar üçün nə qədər vacib olduğunu anlayır və SEO xidmətlərindən yararlanırlar. Çünki SEO xidməti zamanı bir artıq hər klik üçün ödəniş etmirik və orqanik şəkildə axtarış edən insanların qarşısını çıxırıq.