backlink nədir

Backlink nədir? Pulsuz backlink necə alınır?

İçindəkilər

SEO dünyasında ən populyar mövzulardan biri “backlink”lərdir.  Bəs “backlink” nədir?

Backlink digər vebsaytlardan saytınıza gələn linklər hesab edilir yəni başqaları ( digər vebsaytlar) tərəfindən istifadəçilərə tövsiyə olunmağınızdır. Belə deyək: “content” nə qədər yaxşıdır ki, başqa saytlar sizin yazılarınızdan bəhs edir və sizin saytınıza link verir.

Şirkətlərin marketinq strategiyalarının müsbət nəticələr verməsi üçün axtarış nəticələrində ən üst yerlərdə olmaları lazımdır. Bu nöqtədə ən təsirli metodlardan biri pulsuz backlink texnikasıdır. Digər saytlardan şirkətin veb saytına verilən backlinklər təbii və keyfiyyətli bir üsuldur. Buna görə yaxşı qurulmuş backlink sistemi axtarış sistemləri nəticələrinin daha uğurlu olmasına kömək edir. Xüsusilə xəbər, blog və ya forum saytlarında yer alan backlinklər düzgün şəkildə  tətbiq edildikdə şirkət üçün yaxşı bir addımdır, lakin bunu unutmayaq ki, zərərli backlink-lər firmanın nüfuzuna xələl gətirə bilər. DA-sı (Domain Authority) güclü olan saytlardan istifadə edin.

Pulsuz backlink verən domainləri necə tapmaq olar?

Pulsuz backlink axtararkən bir çox nöqtəyə diqqətlə yanaşmaq lazımdır. Çünki yalnız keyfiyyətli  backlink istənilən nəticəni verə bilər. Keyfiyyətli backlink  axtarış sistemləri tərəfindən təbii olaraq müəyyən edilir və sistemdə yaxşı bir mövqeyə sahib olur. Beləliklə, şirkət axtarış nəticələrinin üst sıralarında yer alır.

Backlink-lərin verilməsi mövzusunda xidmət etmək istəyən çox sayda veb saytlar  meydana gəldi. Bu səbəblə seçim edərkən çox diqqətli olmalısınız. Məsələn, hər bir sayta backlink satan saytlardan  uzaq durmalısınız. Backlink alarkən;

a) Məzmun baxımından, şirkətinizin xidmətinə uyğun olan bloqlara şərh vermək faydalı olacaqdır.

b) Etibarsız yerlərdən backlink almaq əlverişsizdir. Buna görə belə paketlərdən qaçmaq məsləhətdir.

c) Eyni məzmunlu bloglardan backlink əldə etmək yaxşı addım hesab olunur.

d) Forum reklamlarında yer alan backlink-lər orqanik deyil. Buna görə də, belə yerlərdən alınan backlinklər müəyyən saydan çox olmamalıdır.

e) Şirkətin sosial media səhifəsinin linkini nüfuzlu forumlarda paylaşmaq lazımdır və s.

Pulsuz backlink qazanmağın yolları

Ödənişli yollarla backlink əldə edə bilərsiniz. Lakin orqanik yolla da yəni  heç bir pul ödəmədən backlink almağın üsulları vardır. Güclü SEO üçün pulla saytınıza backlink almaq əvəzinə,orqanik yollarla pulsuz backlink qazanmağa çalışmalısınız.

Bəs orqanik şəkildə backlink əldə etmək üçün hansı üsullara əməl edilməlidir? Saytınıza backlink gətirməyin bir neçə yolu var:

# 1 Forumlara abunə olun!

Pulsuz backlink dedikdə, ağla gələn ilk üsullardan biri forumlara üzv olmaqdır. Ancaq burada vacib olan, veb saytınızın xidmət etdiyi sektor  ilə əlaqəli forumlarda iştirak etməyinizdir. Backlinklərin təbii və orqanik olmasını istəyirsinizsə, saytınızda təklif etdiyiniz xidmət və ya məhsulla əlaqəli forumlara abunə olun və onlara lazımi məsləhətlər verərək onları saytınıza yönləndirin.

# 2 Qonaq Yazısı!

Bəli, biraz çətin görünə bilər, amma fərqli bir blogun qonağı olmaq sahibi olduğunuz sayta backlink qazandıra bilər.

# 3 Fərqli saytlar üçün press-relizlər hazırlayın!

Şirkətiniz haqqında xəbərləri, press-relizləri agentliklərə göndərin ki, onlar bu yazıları onlayn olaraq yayımlasın. Bu sayədə daha çox insana çata bilərsiniz, fərqli saytlara istinad edərək xəbər bülletenlərinizi onlayn yayımlaya bilərsiniz. Beləliklə, orqanik backlinklər əldə edə  bilərsiniz.

# 4 Sponsor olun!

Fərqli tədbirlərə sponsorluq edin. Belə bir fürsətiniz varsa, həm PR , həm də SEO baxımından çox səmərəli nəticələr əldə edə bilərsiniz

# 5 Özünüz “event” hazırlayın.

Öz fəaliyyətinizi də təşkil edə bilərsiniz ki, bir çox sayt sizin haqqınızda danışsın və pulsuz backlink qazana biləsiniz.

# 6 Yaradıcı məzmun yaradın.

Saytınızdakı contentləri maraqlı və diqqətçəkici şəkildə yaradın. Yaradıcı olun. Saytınıza başqalarına da cəlbedici gələn məzmunlar əlavə edin. Beləliklə, insanları bloglarınızda, saytınızdakı məzmununuzu danışmağa və asanlıqla backlinklər əldə etməyə vadar edə bilərsiniz.

# 7 Sosial Mediadan istifadə edin.

Saytınız üçün sosial media hesabları açın və sayt linkinizi bu hesablara əlavə edin. Sosial media hesablarınızı aktiv idarə etməklə  məqalələrinizi, məhsullarınızı bu kanallar vasitəsilə paylaşın.

Bonus: Ən güclü DA (Domain Authority) alabiləcəyiniz saytlar sonu .edu və .gov ilə bitən saytlardır. Bu tipli saytları tapmaq üçün google-da

8 Qarşılıqlı razılıq əsasında Backlinkləşmək.

Sosial media vasitəsilə və ya tanıdığımız şəxslərin saytından.

site:.edu

site:.edu "blog"

site:.edu "forums"

site:.edu "comment"

bu açar sözlərdən istifadə edərək, backlink ala bilərsiniz.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Nə üçün backlinklər SEO üçün vacibdir?
  • + Bütün backlinklər eyni dərəcədə dəyərlidirmi?
  • + Pis və ya aşağı keyfiyyətli backlinklər veb saytımın SEO-ya zərər verə bilərmi?
  • + Veb saytımın backlinklərini necə yoxlaya bilərəm?
  • + Backlinklərin veb saytımın SEO-ya təsir etməsi nə qədər vaxt aparır?