URL Nədir?

İçindəkilər

Google axtarış sistemlərində ilk səhifədə yer tutmaq çətin olsa da, SEO-nu inkişaf etdirmək üçün çoxlu sayda metodlar vardır.

Bunlardan biri olan SEO-ya uyğun URL yaradılması sizə ilk səhifədə yer tutmaq üçün böyük imkan yaradır.

Permalink (yəni tam URL) SEO işində böyük kömək göstərən bir elementdir. SEO-ya uyğun Url-dən istifadə olunması yaxşı nəticələr verir və bu səbəbdən də bu mövzuya zaman ayrılmalıdır.

Bu yazıda sizlərə permalinkin yəni URL-nin quruluşu ilə bağlı xırda və  vacib detalları əks etdirən təlimatı hazırlamaq niyyətindəyik. Bundan əlavə etməniz lazım olan optimallaşdırmaları niyə etməli olduğunuzu və  bunun əsas səbəblərini də andınlaşdırmağa çalışacağıq.

1. URL SEO işlərinə necə təsir edir?

Permalink adlandırdığımız URL quruluşu, istifadəçinin axtarışına uyğun və axtarış sistemlərinin gördükləri tam URL-dir.

Adından da göründüyü kimi səhifəni  yeniləsəniz belə tam URL olaraq adlandırdığımız permalinklər dəyişmədən, olduğu kimi qalacaqdır. Bunu səhifənin dəyişməyən fiziki ünvanı olaraq da düşünə bilərsiniz.

Permalink ən az 3 hissədən ibarətdir və bu hissələrin hamsının SEO çalışmalarında təsiri vardır. Düzgün istifadə olunarsa, SEO-ya uyğun URL yaradılması və istifadə olunması daha asanlaşacaq. Gəlin ilk öncə URL-də hansı hissələrin olduğuna baxaq:

a. Protokol hissəsi

Protokol bölməsində məlumatların internet üzərindən brauzerlərə necə ötürülməsi təsvir olunur.

b. Domen

Protokol qismindən sonra domen hissəsi gəlir. Bir veb saytın tanınmasını təmin edən bölmənin adı domen adlanır.

c. Sənəd adı və ya post adı

İstifadəçilərin və axtarış sisstemlərinin veb saytda haraya getdiyini müəyyənləşdirir.

URL quruluşuna diqqət yetirməyin vacib olduğunu düşünürlər. URL quruluşu Google axtarış sistemi tərəfindən sıralanma meyarı hesab olunur. Güclü SEO siqnalları yaratmaq üçün mükəmməl şəkildə konfiqurasiya edilməlidir.

 Veb saytlarınızda istifadə etdiyiniz URL səhifə məzmununa uyğun olmalıdır. Səhifə content-inə uyğun olmayan bir URL quruluşu mənfi SEO siqnalları ilə nəticələnəcəkdir.

URL seçimi axtarış motorlarına veb səhifənizin məzmuna nə qədər uyğun olduğunu sübut etmək üçün son dərəcə vacibdir. Məqalənin əvvəlindən bəri sizə permalink yaratmaq barədə məlumat verdim. İndi sizə uzun illər müsbət SEO siqnalları almağa imkan verən URL taktikasının növü haqqında məlumat verəcəyəm.

2. İstifadəçilərə axtardıqlarını tapmağa imkan verən URL quruluşu

Veb saytlarda istifadə edilə bilən permalinkin bir çox forması var. Buna görə seçim etmək çox vaxt çətindir. Tək təklifimiz, permalink quruluşunun istifadəçi təcrübəsinin yüksək olduğundan əmin olmaqdır. Veb saytınız üçün bir URL quruluşu yaradarkən saytın strukturunu nəzərdən keçirin və URL quruluşunu buna uyğun qurmağa çalışın. Bu seçdiyiniz URL quruluşunu saytınızın bir hissəsi kimi görünməyə imkan verəcəkdir: 1-ci şəkil eninə struktur, 2-ci şəkil dərininə struktur.

Veb saytın quruluşunu yaradarkən istifadəçilərin məlumatlara daha asan bir şəkildə çatmasını təmin edəcək şəkildə struktur hazırlamaq SEO  üçün önəmlidir.

Veb saytınızda müxtəlif sahələrə aid səhifələr olacaq. Bir veb saytında müxtəlif sahələrə aid məzmunlar müəyyən kateqoriyalar altında toplanmalıdır. Bu, sayt strukturunu qurmaq üçün vacibdir.

Veb saytınızdakı dinamik URL-lərdən istifadə etməməlisiniz. İstifadə etdiyiniz SEO-ya uyğun URL, həm axtarış sistemlərinə, həm də istifadəçilərə səhifənizi daha yaxşı tanımağa imkan verəcəkdir. Dinamik olaraq yaradılan URL quruluşu səhifə haqqında əvvəlcədən məlumat verməyəcəkdir.

3. Açar söz baxımından zəngin olan URL istifadəsi

Permalink quruluşunu müəyyənləşdirdikdən sonra açar sözlər haqqında düşünmək lazımdır.

Məqalələrinizdəki açar sözlər kimi, səhifənin URL ünvanındakı açar sözlər axtarış motorları məzmununuzun nə olduğunu müəyyənləşdirməyə kömək edir.

Bu təsirə görə açar sözün URL daxilində istifadəsi SEO üçün faydalı olacaqdır.

Bir URL-də açar sözlərdən istifadə edərkən müvafiq açar sözlərin axtarış həcmindən xəbərdar olmalısınız. Açar sözlərinizi yüksək axtarış həcmi ilə istifadə etmək daha çox trafikə səbəb olacaqdır. Açar söz həcminin nə olduğunu bilmək üçün Semrush kimi vasitələrdən istifadə edə bilərsiniz.

Bir URL-də açar sözlər istifadə edərkən müvafiq açar sözlərin axtarış həcmindən xəbərdar olmalısınız. Daha çox axtarılan açar sözlərdən istifadə etmək daha çox trafikə səbəb olacaqdır. Açar söz həcminin nə olduğunu bilmək üçün Semrush, Ahrefs (ödənişli), Keyword Planner(ödənişsiz)  kimi vasitələrdən istifadə edə bilərsiniz.

Semrush hesabınızdakı axtarış bölməsinə əsas açar sözünüzü yazdığınızda və axtarış düyməsini vurduğunuzda, qısa bir müddət gözlədikdən sonra müvafiq açar sözlərinə uyğun axtarış həcmlərini görəcəksiniz.

Yuxarıdakı şəkildə X bir açar sözün axtarışı nəticəsində sistem bizə açar sözlər və onların axtarış həcmlərini təqdim edir.

Açar sözlər həcmini təyin etdikdən sonra yüksək axtarış həcmi olan açar sözlərə əlavə olaraq uzun olan (bir neçə sözdən ibarət) açar sözlərdən istifadə etdiyinizə əmin olun. Ayrıca, aşağı rəqabətli açar sözlərdən istifadə orqanik trafikinizi sürətlə artıracaqdır.

Məlumat: Yüksək rəqabətli açar sözlər sıralamasını almaq üçün, domeninizin açar sözlə dəqiq uyğunluğu sizə üstünlük verəcəkdir. Buna görə bir domen adını alarkən, işinizə, sektorunuza uyğun açar sözlər olmasına diqqət edin.

4. Qısa URL istifadə etməyə çalışın

Səhifəni müəyyənləşdirməyi asanlaşdıran qısa bir URL quruluşundan istifadə etməlisiniz. URL-in ən çox 60 simvoldan ibarət olması məsləhət olunur. Daha uzun bir URL mənfi SEO siqnalları ilə nəticələnəcəkdir. Buna görə, URL-dən lazımsız sözləri çıxarın. Aparılan araşdırmalara görə, başlıqlarda 8 sözün istifadəsinin axtarış nəticələrində yaxşı reytinq qazanmasına böyük təsir etdiyini görürük. Əlbəttə ki, 8 söz 60 işarədən çox olmamalıdır.

5. URL-də tarixlərdən istifadə etməyin

Başlıq hissələrdə tarixlərin olması istifadəçilərin kontentə marağını daha da artırır və SEO-ya müsbət təsirləri vardır. Lakin bu hissədə diqqət edilməsi lazım olan tək şey URL-də həmin tarixlərdən istifadə olunmamasıdır. Çünki aradan müəyyən bir zaman keçdikdən sonra başlığınızı dəyişə bilərsiniz və ya növbəti ildə məqalənizi yenilədikdə yeni tarixi əlavə edə bilərsiniz. Bunu URL hissədə tətbiq etmək olmayacaq, yəni köhnə tarix URL-də olduğu kimi qalacaqdır. Bu da istifadəçilərin kontentə olan güvəninin azalmasına səbəb olur. Həmçinin axtarış sistemləri URL-də köhnə tarixi görəcəyi üçün ilk yerlərdə görünməyəcəksiniz.

Yuxarıdakı şəkildə başlıq hissədə tarix yazılmışdır, lakin URL hissəsində tarix göstərilmir.Bu bizə gələcək zamanda fərqli tarixlə yazımızı yenilənmə fürsəti verir.

6. HTTPS istifadə  etməyə başlayın.

SSL sertifikatının istifadə edilməsi, web sayta daxil edilən konfidensial məlumatların qorunduğunu göstərir. HTTPS istifadəsi istifadəçilərin güvənlə internet mühitində hərəkəti üçün Google tərəfindən bir sıralama kriteriyası halına gəlmişdir.

            Xüsusilə e-ticarətlə məşğul  olanlar müştəri məlumatlarını  qoruduqlarını axtarış sistemlərinə göstərmək və daha ön sıralanda olmaq üçün HTTPS istifadə etməlidirlər.

Google Chrome yeniləməsi ilə birlikdə artıq HTTPS sahibi olmayan veb saytlar güvənsiz olaraq işarətlənir. Axtarış edən şəxsə bu saytın güvənsiz olduğu bildirilir və bu onlayn satışınızda azalmalara səbəb ola bilər.

7. Köhnə veb saytlar URL strukturunu necə dəyişdirilməli?

URL strukturunu dəyişdirmək  hal-hazırda Google-da yaxşı sıralarda olan veb saytları qorxudur. Çünki bunu edərlərsə, sıralaramada geriləyəcəklərini düşünürlər.

Sıralamada geriləmə olmadan URL-ni dəyişdirmək olar. Bunu bizə təmin edən 301 yönləndirmələridir.

Köhnə URL-nizi yeni müəyyənləşdirdiyiniz URL-ə 301 yönləndirməsi edərək URL dəyişikliyi edə bilərsiniz. İlk etapda edilən 301 yönləndirməsi orqanik trafiklərin azalmasına səbəb olsa da, uzun müddətli periodda veb saytınızın daha yaxşı və SEO-ya uyğun olmasını təmin edəcəkdir.

URL strukturu əlbəttə ən önəmli SEO kriteriyası deyil, lakin hər keçən gün digital dünyada artan rəqabətlə mübarizə apardığımızı düşünsək, aparılan ən xırda dəyişikliklər belə rəqiblərimizi keçib daha yaxşı yerlərdə olmağımızı təmin edəcəkdir. Bu səbəbdən bir çoxunun əhəmiyyətsiz hesab etdiyi URL quruluşuna hələ yolun başındaykən diqqət edilməsi müsbət SEO nəticələrinin əldə edilməsini təmin edəcəkdir.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + URL nədir?
  • + URL-in məqsədi nədir?
  • + URL-də HTTP və HTTPS arasındakı fərq nədir?
  • + URL-lərdə boşluq ola bilərmi?
  • + URL nə qədər uzun ola bilər?
  • + URL-lər daimidirmi?