İnternetin inkişafı ilə bir çox anlayış həyatımızda öz yerini tutdu və internet sektorunun getdikcə böyüməsi özüylə bərabər fərqli anlayışlar, peşələr, ixtisaslar gətirdi. Belə anlayışlardan biri də Uİ və UX qısaltmalarıdır. Bəs, UI və UX nədir və dijital marketinqdə rolu nədən ibarətdir?
UI (User İnterface) – interfeys dizaynıdır. Misal olaraq, vebsaytda “button”ların “düymə”lərin böyük-kiçikliyi, rəngi və s.dir. İnternet saytlarında istifadəçilərrin saytda rahatlıqla hərəkət etməsi və saytda uzun müddət qalması üçün sadə və anlaşıqlı interfeys dizaynının olması şərtdir. Əks təqdirdə isə istifadəçilər dizaynı praktik olmayan vebsaytlarda vaxt keçirmək istəməyəcəklər.
UX ( User Experience) – Uİ üçün qrafik dizaynı bilmək lazımdırsa, bu zərurilik UX dizayneri üçün vacib deyil. Çünki UX necə göründüyündən daha çox, istifadəçinin saytda özünü necə hiss etdiyinə diqqət yetirir. UX ilə qarşıya qoyulan hədəf istifadəçilərin yaxşı bir sayt təcrübəsi yaşamasıdır.
Veb saytınız və tətbiq etdikləriniz rəqiblərinizdən fərqlənməlidir, çünki ticarət müştərilərin marka məlumatlarına ağıllı telefon və planşetləri vasitəsilə daxil ola biləcəyi mobil texnologiya ilə başladı.
Bu inkişafın müsbət və mənfi tərəfləri var. Məsələn, onlayn araşdırma edən müştəri üçün məlumat əldə etmək çətinləşdikcə, ona satış etmək və ya müsbət təəssürat oyatmaq da bir o qədər çətinləşir. Bu səbəbdən onlayn satış edə bilmək üçün qüsursuz UX dizaynına sahib olmanız lazımdır.
UX dizaynı istifadəçi mərkəzlidir. Yəni bir UX dizaynerinin vəzifəsi tətbiqin və ya veb saytın yaradıcı tərəflərini müştəri üçün istifadəsini rahat hala gətirməkdir. Bəzən estetik elementlər gözəl olsa da, saytda hərəkət baxımından naviqasiya üçün cəlbedici olmaya bilər. Tamamilə ilham verən bir görünüşə diqqət yetirmək istifadəçinin ehtiyaclarını gözardı edə bilər.
Marketinq dünyasında uğurlar əldə etmiş , təcrübəli marketoloqlardan “UX nədir” deyə soruşduqda onlar, getdikcə inkişaf edən, böyüyən dijital marketinq dünyasında zirvədə qalmağın tək yolunun istifadəçi təcrübəsinin optimizasiya etməkdən keçdiyini deyəcəkdir. Onlar əslində bu cümləni öz fikirləri nəticəsində deyil, müəyyən məlumatlar əsasında qururlar. Bəs bunlar hansı məlumatlardır? Bu məlumatlar aşağıdakı infoqrafikaya əsaslanır:
a) Əgər kontent yetəri qədər optimizasiya edilməmişsə, istifadəçilərin 79%-i bir sonraki sayta keçir və axtardığı məlumata çatmaq üçün başqa sayta yönlənir.
b) İstifadəçilərin 48% -i ziyarət etdikləri sayt mobil cihazları üçün optimallaşdırılmadıqda onlar əsəbləşirlər, 52% -i düzgün olmayan bir mobil sayt təklif edən bir şirkətlin xidmətlərindən istifadə etmirlər.
d) İstifadəçilərin 82% -i şirkət bloglarında müvafiq məzmunu oxumağı sevir və 70% isə reklam əvəzinə bloglar vasitəsilə şirkət haqqında məlumat əldə edir.
İstifadəçi təcrübəsinin (UX) artırmaq üçün müəyyən hədəflərin qoyulması vacibdir.
Hədəflənən göstəricilər üzrə strategiyalar hazırlanır və saytda bu faizləri artırmaq üçün düzəlişlər edilir.
a) Satış faizi
b) E-mail toplama faizi
c) Zənglərin faizi
d) Form doldurma faizi
İstifadəçilər tərəfindən ən çox çıxılan səhifələr təhlil edilir, çıxma səbəbləri müəyyənləşdirilir və istifadəçilər üçün təkmilləşdirmələr aparılır.
Səhifədə qalma müddətlərini artırmaq üçün açılış səhifələri, istifadəçi auditoriyası təhlil olunur və onlara uyğun əlavə məlumatlar yerləşdirilir ki, səhifədə daha çox zaman keçirsinlər.
Sayt daxili yönləndirmələri və linklərini optimallaşdırmaqla istifadəçi başına düşən səhifədə “gəzmə” vaxtını artırılması.
a) Demoqrafik hesabatlar: İstifadəçilərin yaşı, davranışı, cinsi və s. təhlil edilir. ( Bunu analytics.google.com/audience/demographics/ vasitəsilə age,gender və s. kriteriyalar üzrə baxa bilərsiniz.)
b) Zamana dair hesabatlar ( Veb saytınızın ən çox istifadə edildiyi günlər və vaxtlar aşkarlanır və sosial media paylaşımlarınızı, e-mail göndərişlərinizi və reklam kampaniyalarınızı ən dəqiq şəkildə planlaşdırmaq üçün hesabatlar sizə təqdim olunur. Bunu da Google Analytics-də ana ekranda "When do your users visit" axtarışı ilə tapa bilərsiniz. )
c) Cihaz performansı hesabatları ( İdarə etdiyiniz cihazların performansı marka, model və s. üzrə araşdırılır. ( pagespeed.web.dev )
d) Çıxış faizi hesabatı ( Saytınızdakı yüksək çıxış faiz olan səhifələr (hansı səhifələr ki, istifadəçiyə maraqsızdır və dərhal tərk edir) təhlil edilir, bu səhifələrdə problemlər müəyyənləşdirilib və istifadəçilərin itməməsi üçün səhifələr üçün təkmilləşdirmələr aparılmalıdır. Bu məlumatları da Google Analytics vasitəsilə əldə edə bilərsiniz.)
a) Səbət addımlarına nəzarət ( İstifadəçilər e-ticarət saytınızda alış-veriş edərkən, etdikləri bütün əməliyyatların düzgün şəkildə aparılması və alış-veriş prosesinin səhvsiz olmasını təmin etmək üçün mütəmadi yoxlamalar aparılmalıdır.)
b) Formlara cavab göndərilməsinə nəzarət ( Saytınızdakı formaları doldurarkən istifadəçilərin rastlaşdığı səhvləri aşkar edərək bütün formaları və onların məzmununu optimallaşdırmaq.)
a) Dizayn və texniki analiz hesabatı
Veb saytdakı şəkillərin, rənglərin və məzmunun vizual baxımdan harmoniyasını təşkil etmək və onları saytda ən uyğun yerlərə yerləşdirmək lazımdır. Bununla da, saytın “click” sayını artırmaq mümkündür.
b) İstifadəçi video görüntüləri
Ziyarətçilərin saytınızda keçirdikləri əməliyyatların video qeydləri götürülür, istifadəçi saytdakı “klik”lər və istifadəçilər tərəfindən rast gəlinən səhvlər aşkarlanana qədər "mouse" hərəkətlərini izləmək və şərh etmək imkanı yaranır (www.hotjar.com).
Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:
Ən Çox Verilən Suallar