QR kod nədir

QR kod haqqında bilməli olduğunuz məqamlar

İçindəkilər

QR kod nədir və necə istifadə olunur?

QR kod içərisinə məlumat yerləşdirilə bilən iki ölçülü ştrix-koddur və içərisinə yerləşdirilən məlumatı sürətli şəkildə, sadəcə bir skanla istifadəçiyə çatdırmaq üçün istifadə olunur. İstifadəçi QR kodun içərisindəki məlumatı əldə etmək üçün telefon kamerası ilə QR kodu skan edir və ekranda görünən linkə klik edərək məlumatın yerləşdiyi səhifəyə keçid edir. 

QR kodlar bir çox MMC-lər tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilir çünki məlumatı müştəriyə çatdırmaq üçün prosesləri asanlaşdırmağa kömək edir. Bunlara restoranlar, hotellər, mağazalar və daha bir çox yerlər aiddir. Restoranlar menyu QR kod, hotellər wifi QR kod, marketinq QR kod, mağazalar kampaniya QR kod və daha başqa məqsədlərlə istifadə edirlər. 

QR kodun ən çox istifadə edildiyi tətbiq üsullarından biri də ödənişdir. Ödəniş QR kodları dünya üzərində bir çox sektor tərəfindən istifadə edilir. Belə ki, müştərilər ödəniş etmək üçün sadəcə QR kodu skan edirlər və ödəniş prosesi saniyələr içərisində başa çatır. Artıq dəqiqələrlə növbədə gözləməyə, və ya kartla ödəniş etməyə ehtiyac qalmır. Sistem avtomatik olaraq kartdan lazımı məbləği ödənişin müştəri tərəfindən təsdiqindən sonra çəkir. 

 

Whatsapp QR kod nədir və necə yaradılır?

Whatsapp QR kod istifadəçini əllə heç bir nömrə yazmadan, sadəcə bir skanla whatsapp mesaj qutusuna aparan koddur. Hər hansısa bir şəxs Whatsapp QR kodu yaratdıqda və qarşı tərəf bu QR kodu skan etdikdə birbaşa həmin şəxslə whatsapp mesaj qutusuna keçid edir. Həmin şəxsin nömrəsini yazıb əlavə etmədən birbaşa onunla mesajlaşma prosesini başlada bilir. 

Whatsapp QR kod həm whatsapp vasitəsilə, həm də QR kod yaradan vebsaytlar və ya proqramlar vasitəsilə əldə edilir. Ən rahat yolu whatsapp üzərindən əldə etməkdir. Whatsapp QR kodunu whatsapp parametrlərinə daxil olduqda kənarda görmək mümkündür. Hər hansısa şəxslə onu paylaşan zaman qarşı tərəflə bir skanla əlaqəni mümkün edir. 

 

Wifi QR kod nədir və necə yaradılır?

Wifi QR kod wifini sürətli şəkildə paylaşmağa icazə verən koddur. Wifi QR kod skan edildiyi zaman avtomatik olaraq cihazın internetə qoşulmağını təmin edir. Wifi QR kod yaradılan zaman əsas wifi məlumatları QR kod içərisinə yerləşdirilir və artıq kodu skan edən zaman avtomatik qoşulma prosesini təmin edir. 

Wifi QR kod xüsusilə müştərisi çox olan bizneslər tərəfindən istifadə edilir. Belə ki, onlar wifi QR kod yaradaraq onu nümayiş etdirirlər və insanların əllə heç bir kod daxil etməyinə ehtiyac qalmır. Onlar sadəcə wifi QR kodu skan edirlər və onların telefonları birbaşa internetə qoşulur. 

 

QR kod yaratmaq prosesi nə qədər vaxt alır?

QR kod yaratmaq prosesi sadəcə bir neçə dəqiqə vaxt alır. Bunun üçün xüsusi ödənişli və ödənişsiz vebsaytlar mövcuddur. Qeydiyyatdan keçdikdən sonra hansı QR kod tipi yaradılacağına qərar veririlir.  Sonra məlumatlar QR kod içərisinə daxil edilir və QR kod dəqiqələr içərisində yaradılır. 

 

QR kod oxuma prosesi necə baş verir?

QR kod oxuma prosesi 3 addımda baş verir:

  1. İstifadəçi telefon kamerasına daxil olur.

  2. İstifadəçi telefon kamerasını QR kodu tam əhatə edəcək şəkildə tutur. 

  3. İstifadəçi ekranda görünən linkə klik edir və yönləndirilən səhifəyə keçid edir. 

 

QR kod scanner nədir?

QR kod scanner QR kodu skan edən hər hansısa bir cihazdır. Bunlara telefon, planşet, komputer və ya xüsusi QR kod skan cihazları aiddir. Bu cihazların xüsusi QR kod skan etmə qabiliyyəti olur ki, sadəcə kameranı QR kod üzərinə tutduqda avtomatik olaraq QR kodu oxuyur və içindəki məlumata yönləndirir.

Amma bəzi köhnə cihazlarda bu funksiya mümkün olmadığı üçün QR kod skan üçün xüsusi aplikasiyalar mövcuddur. Onları cihaza yükləndikdən sonra istənilən cihaz ilə QR kodlar rahatlıqla skan edilir. 

 

Ən çox verilən suallar

 

QR kodun hansı növləri var?

QR kodun iki növü var: Dinamik və Statik. Dinamik QR kodların içərisində yerləşdirilən məlumat istənilən zaman dəyişdirilir. Amma statik QR kodlar sadəcə bir dəfə yaradılır və bir də dəyişdirilməsi mümkün deyildir. 

 

QR kodun istifadəsi ödənişlidir?

Statik QR kodlar yaratmaq üçün ödənişsiz vebsaytlar tapmaq mümkündür çünki onlar sadəcə bir dəfə yaradılır və istifadə edilir. Amma dinamik QR kodların özəl dəyişdirilə bilmə və skan edənləri izləmə xüsusiyyətinə görə bir çox vebsaytda onların hazırlanması da ödənişlidir. 

 

QR kodlar təhlükəsizdir?

QR kodlar təhlükəsiz texnologiyadır. Onlar sadəcə məlumatı qarşı tərəfə sürətli şəkildə ötürmək üçün istifadə edilir. Amma bəzi hallarda fırıldaqçılar tərəfindən pis məqsədlər və təhlükəli vebsaytlara keçid üçün istifadə edilir. Ona görə skan etmədən əvvəl QR kodun göndərildiyi mənbəni diqqətlə yoxlamaq lazımdır. 

 

QR kodlardan ən çox nədə istifadə edilir?

Ölkədə QR kodlardan ən çox restoran menyu QR kodu, wifi QR kodu və vebsaytlara keçid üçün istifadə edilir. Bu həm şirkətlərin, həm də müştəriləri işini asanlaşdırır. Sadəcə bir dəfə skan etməklə menyuya, wifiya və ya vebsayta keçid mümkün olur. 

 

Telefonla QR kodu skan etmək mümkündür?

Bəli, telefonla QR kodu skan etmək mümkündür. Artıq əksər telefonların QR kodu skan etmə sistemi mövcuddur və sadəcə kameranı QR kodun üzərinə tutmaqla QR kod skan edilir.