Polşada Təhsil

İçindəkilər

Polşada Universitetlər haqqında məlumatlar:

Universitet WSB Akademia

✅İxtisaslar

Dabrowa filialı 3 fakültə üzrə magistratura təklifi təklif edir:

 1. Management ( ən çox tələb görən ) 

 2. İnternational Relations 

 3. Computer Science

*Fakültələri seçdikdən sonra universitetə gedən zaman özünüzə uyğun ixtisasları seçə bilərsiniz. (məsələn Menecment seçmisinizsə Business Management, Marketing Management və Menecmenti başqa qollarını ixtisaslaşmaq üçün seçə bilərsiniz)

✅Təhsil haqqı

Fakültədən asılı olmayaraq son iki ildə universitetin illiyi 800 euro olub. İki hissəli yəni semesterdən semesterə ödəmək imkanı olur.

✅Qəbul üçün Lazimi Sənədlər

1. Diplom əlavəsi (transcript) İngilis dilinə tərcümə və notarial təsdiq 

2. Universitetdə oxuduğuva dair Arayış

3. Xarici Passport 

*Aprel – May aylarında hərbi möhlət məsələrinə görə kömək edirik və 2 illik möhlət verilir

IELTS tələb olunmur amma Pre-intermediate səviyyəsində ingilis dili bilməlidir ( bizə müraciət etdiyiniz zaman bilməsəniz də olar, qəbulu aldıqdan sonra amma mütləq şəkildə avqusta qədər dediyimiz səviyyəyə qədər ingilis dilini öyrənməlidir əsasən danışıq ağırlıqlı lazımdır bizə)

✅Yaşam Şərtləri

Universitet  Dabrowa şəhərində yerləşir amma adətən tələbələr Katowice və Krakow kimi şəhərlərdə yaşayırlar – İctimai nəqliyyat ilə universitetə məsafə həmin şəhərlərdən ortalama 50 dəqiqəlik yoldur. Yaşam üçün ev ortalama 150-200 euro olur, 150-200 euro da nəqliyyat yemək içmək üçün. Orta hesabla 300-400 euro tam yaşayış xərci üçün kifayyətdir.

✅İş imkanları

Ümumi olaraq dərslər həftədə 2-3 gün həftəsonları olur. Yəni həftə içi full time işləmək üçün şərait var. Həm də bu şəhərlərdə iş imkanları yaxşıdır – tələbələr adətən dönərxana , restoran kimi tələbə tipli işlərdə işləyirlər, maaş aylıq ortalama 500 euro olur. Sürücülük vəsiqəsi olanlar, Uber və Bolt kimi şirkətlərdə sürücü işləyə bilərlər maaşları yaxşıdır, maşınlar qiyməti isə ortalama 1000-1500 euro-a almaq olur, əgər maşın almağa bu qədər pulunuz yoxdursa, həftəlik sərfəli qiymətə maşınlar icarə götürə bilərsiniz.

✅Diplomların tanınması

Dərslər ingilis dilində tədris olunur və imtahanlar adətən test üsulu ilə və çətin olmur. Universitet yarı özəl yarı dövlətdir və bitirdikdən sonra verilən diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır.

 

UFM – University of Finance and Management

✅İxtisaslar

  • Accounting, Management

  • Project Management

  • Digital economy in Business

  • Human resources management

  • İnternational Lojistics

  • İnternational finance and trade

✅Təhsil haqqı

Universitetin illiyi fakültələrə görə dəyişir 1600 – 2700 euro arasında dəyişir. İlliyi 2 hissəli şəkildə ödəmə mümükündür

✅Qəbul üçün Lazimi Sənədlər

1. Diplom əlavəsi (transcript) İngilis dilinə tərcümə və notarial təsdiq 

2. Universitetdə oxuduğuva dair Arayış

3. Xarici Passport 

*Aprel – May aylarında hərbi möhlət məsələrinə görə kömək edirik və 2 illik möhlət verilir

IELTS tələb olunmur amma Pre-intermediate səviyyəsində ingilis dili bilməlidir ( bizə müraciət etdiyiniz zaman bilməsəniz də olar, qəbulu aldıqdan sonra amma mütləq şəkildə avqusta qədər dediyimiz səviyyəyə qədər ingilis dilini öyrənməlidir əsasən danışıq ağırlıqlı lazımdır bizə)

✅Yaşam Şərtləri

Universitet Polşanın paytaxtı Varşava şəhərində yerləşir. Universitetin yataqxanası var, və ya ev tutub evdə də qala bilər tələbələr. Varşavada oxuyan zaman nisbətən daha yaxşı işlər tapa bilərsiniz əgər bacarığınız varsa, aylıq maaşlar 600-1000 euro ətrafında, yaşam xərcləri toplam ortalama 500 eurodur.

✅Bizim sizə Xidmətlərimiz

  1. Universitetdən qəbul prosesi
  2. Viza prosedurlarına dəstək
  3. Müvəqqəti qalacaq yerin tapılması
  4. Uyğun qiymətli uçuş biletinin tapılması

*Bəzi hallarda tələbələrimizə Polşada iş tapmasına dəstək veririk.

Ümumilikdə IELTS nəticəsi olan tələbələr müraciət etsələr 1000-3000 euro aralığında illikləri olan Top Polşa universitetlərinə qəbul ala bilərik. Məslən GPA 75+ və IELTS 6+

Ətraflı məlumat üçün qeydiyyat formunu doldurmağınız xahiş olunur

 

 

   Ən Çox Verilən Suallar

  • + Polşada ali təhsil sistemi necədir?
  • + Polşada təhsil ingilis dilində aparılırmı?
  • + Polşada bakalavr proqramının müddəti nə qədərdir?
  • + Polşada beynəlxalq tələbələr üçün dil biliyi tələbləri hansılardır?
  • + Beynəlxalq tələbələr Polşada təhsil alarkən işləyə bilərmi?
  • + Polşa universitetlərində tədqiqat və innovasiya imkanları varmı?