M10 nədir

m10 nədir?

İçindəkilər

Sürətlə inkişaf edən dünyada rahatlıq və səmərəlilik həyatımızın demək olar ki, hər bir sahəsi üçün birinci yerə çevrilib. Bunun aydın göründüyü sahələrdən biri maliyyə əməliyyatları sahəsidir. İndiki zamanda rəqəmsal ödəniş proqramlarının inanılmaz rahatlığına sahibik və nağd pulları daşımaq günləri artıq geridə qalıb. Apple Pay, Google Pay və Samsung Pay kimi mobil pul kisələrinin yaranması əməliyyatları idarə etməyimizdə əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Bu mobil tətbiqlərdən biri də PashaPay MMC-nin təqdim etdiyi yeni elektron pul cüzdanı olan “M10” layihəsidir. Şirkət 2005-ci ildən 2021-ci ilə qədər “Komtec LTD” MMC  (MilliÖn) kimi fəaliyyət göstərirdi. və 2022-ci ildən isə “PASHA Holding” MMC tərəfindən satın alındı və adını “PashaPay” MMC olaraq dəyişdi.

 

“m10”-dan istifadə qaydaları 

Mobil tətbiqi “Google Play” və ya “App Store”-dan smartfona endirmək və yalnız mobil nömrənizi qeyd etməklə qeydiyyatdan keçmək lazımdır. 

 

 

Balansı artırmaq 

Mobil tətbiqi yüklədikdən, “m10”da qeydiyyatdan keçdikdən sonra balansı artırmaq üçün iki xidmətdən yararlanmaq mümkündür – bank kartı və “MilliÖn” ödəniş terminallarında “m10”a nağd vəsaiti yerləşdirmək. “m10” elektron cüzdanına daxil edilmiş vəsaitlər PashaPay MMC-nin bank hesabında saxlanılır və vəsaitlərin təhlükəsizliyi üçün şirkət tam məsuliyyət daşıyır. 

 

m10 tətbiqinin üstünlükləri

  1. m10-u fərqləndirən əsas cəhət bank hesabı açmadan elektron cüzdanının balansını artırmaq, ödənişlər etmək və pul köçürmək etmək olar. m10 tətbiqi ilə bütün ödənişləri və ya köçürmələri rahat, təhlükəsiz və “0” faiz komissiya ilə həyata keçirmək mümkündür.

  2. Kredit və kommunal ödənişləri komissiyasız həyata keçir.

  3. Kommunal, mobil Rabitə, internet, kabel TV və digər ödənişlərindən hər dəfə 2% keşbek

  4. Bravo, OBA marketlərində, Buta, Aloe+ apteklərində və 7000-dən çox yerdə m10 ilə ödəyib keşbeklər ve endirimlər qazana bilərsən!

  5.  İstənilən Kapital Bank bankomatında nağdlaşdırma etmək mümkündür.  

 

m10-da vergi məsələsi

m10 vergi agenti funksiyasını yerinə yetirmir. Sahibkarlıq fəaliyyəti, hesablar və həyata keçirilən əməliyyatların sayı barədə məlumatlar yalnız qanun çərçivəsində hüquq-mühafizə orqanlarının rəsmi tələbi əsasında ötürülə bilər. Müştəri bütün vergilərin ödənilməsinə və qanunla ona həvalə edilmiş digər məcburi ödənişlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyır. PashaPay ödəmə həlləri təklif edən bir ödəmə xidməti təminatçısıdır və müştərinin vergi ödəməsi və ya digər məcburi ödənişlər etməsinə görə heç bir məsuliyyət daşımır.

 

m10 ilə pul köçürməsi

M10 ilə pul köçürməsi zamanı bank kartına və ya POS terminala ehtiyac yoxdur. Tətbiqdə hər bir hesabın xüsusi QR kodu mövcuddur. Müştəri m10-una daxil olur və göstərilən QR kodu skan edir. 


 

Siz də sürətlə inkişaf edən bu rəqəmsal dövrü yaxından öyrənmək, müasir və qazanclı bir peşəyə sahib olmaq istəyirinizsə Digital Marketing kursumuza müraciət edə bilərsiniz.

 

 

   Ən Çox Verilən Suallar

  • + m10 tətbiqindən necə istifadə edim?
  • + m10 istifadə etmək üçün bank kartına ehtiyac varmı m10 ilə ödəniş qəbul etdikdə vəya göndərdikdə komissiya tutur?
  • + m10 istifadə edərkən keşbek var?
  • + m10 ilə nağdlaşdırma etmək mümkündürmü?
  • + m10 ilə ödəniş qəbul etdikdə vəya göndərdikdə komissiya tutur?