Italiyada Təqaüdlə Təhsil

İtaliyada həm pulsuz həmdəki illik 5100 avro teqaud ile tehsil almaq imkanı

İçindəkilər

Əziz şagirdlər və tələbələr! Sizləri İtalyanın ən nüfuzlu təhsil ocaqlarında istədiyiniz ixtisasa uyğun həm bakalavr, həm də magistr pilləsi üzrə TƏQAÜDLÜ təhsil almaq üçün qeydiyyatdan keçməyə dəvət edir!

-Italiyada təqaüdü təhsil:

Əziz şagirdlər və tələbələr, siz göstəricilərinizə uyğun olaraq İtaliyada bir çox nüfuzlu İtalyan  universitetlərinə qəbul olub İtaliya dövlətinin TƏQAÜDÜ ilə oxuya bilərsiniz. 

Bakalavr üçün müraciət edən tələbələrin nəzərinə!

İtaliyada bakalavr pilləsi üzrə təhsil almaq istəyənlər 12 (on iki) illik təhsil sənədi göstərməlidirlər. Bu halda siz 11 illik orta məktəb + ən azı 1 illik kollec və ya bakalavr pilləsi üzrə təhsil alandan sonra İtaliyaya bakalavr üçün müraciət edə bilərsiniz. İtaliyada bakalavr müddəti 3 ildir (Triennale). 

QEYD: Istisna olaraq Pisa Universiteti (Universita Di Pisa) 11 illik təhsillə Hazırlıq (Foundation) mərhələsinə qəbul edir və 1 illik proqramı bitirdikdən sonra tələbə universitetin təklif etdiyi istənilən bakalavr pilləsinə müraciət edə bilər.

 
Magistr üçün müraciət edən tələbələrin nəzərinə!

İtaliyada magistr pilləsi üzrə təqaüdlə təhsil almaq istəyənlər yalnız 2 (iki) illik proqrama qəbul aldıqda müraciət edə bilərlər. 1 (bir) illik magistr təhsili üçün təqaüd verilmir!


-Təqaüd proqramına müraciət proseduru  seçdiyiniz universitetə qəbul aldıqdan sonra başlayır.
-3 illik bakalavr üçün təqaüd məbləği 15 000 € (on beş min Avro) dəyərindədir 
-2 illik magistr üçün təqaüd məbləği 10 000 € (on min Avro) dəyərindədir.  
-Tələbə təqaüdü hissə-hissə 2500€ (iki min beş yüz Avro) olmaqla bakalavr üçün 6 (altı) dəfəyə, magistr üçün 4 (dörd) dəfəyə alır:

QƏBUL ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR:
 
1. Diplom əlavəsi (transcript) və Attestat (yalnız bakalavra gedənlər) İngilis dilinə tərcümə və notarial təsdiq (PDF)
2. Xarici pasportun nüsxəsi (PDF)
3. Europass formatda CV (ingilis dilində word formatında)
4. İngilis dilində 1 ədəd motivasiya məktubu  (word formatında)
5. İngilis dilində 2 ədəd referans məktubu (PDF)
6. 3x4 foto (1 ədəd) 
7. İngilis dili sertifikatı (əgər varsa)
 
Qəbul prosesindən başqa, IELTS xarici ölkədə təhsil almaq üçün lazımi vizanı təmin etmək üçün eyni dərəcədə vacibdir. Bir çox ölkə beynəlxalq tələbələrdən tələbə vizası müraciətinin bir hissəsi kimi xüsusi ingilis dili biliyi meyarlarına cavab vermələrini tələb edir. Bu meyarlara cavab verməmək vizadan imtina ilə nəticələnə bilər və bununla da insanın xaricdə təhsil almaq xəyallarına mane ola bilər. Buna görə də güclü IELTS balı təkcə təhsilin qapısını açmır, həm də xarici ölkəyə rahat keçidi təmin edir. 
 
Əlavə məlumat üçün qeydiyyat formunu  doldurmağınızz xahiş olunur

 

   Ən Çox Verilən Suallar

  • + İtaliyada ali təhsil sistemi necədir?
  • + İtaliyada təhsil ingilis dilində aparılırmı?
  • + İtaliyada bakalavr proqramının müddəti nə qədərdir?
  • + İtaliyada beynəlxalq tələbələr üçün dil biliyi tələbləri hansılardır?
  • + İtaliya universitetlərində qiymətləndirmə sistemi necə işləyir?