Metaverse nədir

Metaverse nədir?

İçindəkilər

Metaverse sözünün qısa tarixçəsi

 

“Metaverse” kəliməsinə ilk dəfə Neal Stephensonun 1992-ci ildə yazılan “Snow Crash” adlı elmifantastik əsərində rast gəlinmişdir. Onun bu sözü istifadə etməkdə məqsədi avatarların yaşadığı bir kainatı adlandırmaq idi. 2022-ci ildə Mark Zukerberq “Facebook” şirkətinin yeni korporativ adının “Meta” olacağını elan etdikdən sonra, bu söz yenidən gündəmə gəlməyə başladı.

 

Metaverse nədir?

 

Təsəvvür edin, olduğunuz yeri tərk etmədən və böyük səylər göstərmədən, AVR cihazları ilə çoxdan görmək istədiyiniz bir şəhərə səfər edə, həmin şəhərdə gəzə, kinoteatr və ya önəmli bir idman yarışını izləyə, oyun oynaya ya da arzusunda olduğunuz bir şirkətdə işləyə bilirsiniz. Metaverse vasitəsilə daxil olacağınız süni kainatda bütün bunlar mümkün olacaq.

Sadəcə kompüter qarşısında oturmaqla kifayətlənməyib, metaverse-də - bütün virtual aləmin olduğu uydurma gerçəklikdə yalnız qulaqlıq və eynəkdən istifadə etməklə daxil ola biləcəksiniz.

 

Metaverse nümunələri

 

Metaverse özü-özlüyündə oyun və ya proqram deyil. iPhone, Google, Instagram və ya Web2 tək internet olmadığı kimi, Metaverse də tək başına virtual reallıq, NFT, OVR və ya Sandbox deyil. Metaverse, NFT, Web3, ağıllı qolbaqlar, VR eynəkləri və daha bir çox ixtira edilməmiş cihaz və proqram təminatının birləşməsindən formalaşacaq çox böyük bir kainatdır. Hazırda Mustafa Kamal Atatürkün şəxsi əşyaları “NFT” olaraq təqdim olunur. Bundan başqa ən məşhur “MetaVerse”lərdən biri olan “Decentraland”da bu təcrübəni yaşamaq mümkündür.

 

Metaverse-ə necə daxil olmaq olar?

 

Metaversə daxil olmaq üçün vahid bir prosses olmasa da, ekspertlər özünüzü həqiqətən təcrübəyə qərq etmək üçün bəzi avadanlıqlar əldə etməyi təklif edirlər. Bu avadanlıqların qiyməti və markası isə büdcənizdən asılı olaraq dəyişə bilər: 10 ABŞ dolları dəyərində olan Google Cardboard və ya orta səviyyəli 300 dollarlıq Oculus Quest 2 virtual reallıq eynəyi, və ya yüksək keyfiyyətli 999 dollarlıq Valve Index VR-a qədər istədiyiniz texnikanı alaraq virtual aləmə daxil ola bilərsiniz.

 

Kibertəhlükəsizlik üzrə ekspert Baggilinin fikrincə, metaverse-in strukturu hazırda “App Store”un strukturuna bənzəyir: “Hazırda sizin App Store-dan yükləyə biləcəyiniz müxtəlif proqramlar kimi, virtual reallıq təklif edən çoxsaylı platformalar var. Ancaq insanların ona daxil olmaq üçün istifadə edə biləcəyi tək bir portal yoxdur”. Bununla belə, bir çox ekspertlər metaverse-ə daxil olmaq üçün mütləq VR eynəyinə ehtiyacınız olmadığını iddia edirlər.

 

Gələcəkdə Metaverse

 

Metaverse həyatımıza daxil olanda əyləncə formaları da öz şəklini dəyişəcək. Müəllim və ya məktəblər dərsləri tamamilə Metaverse-ə köçürə bilər. Beləliklə, onlar dünyanın hər yerindən tələbələri qəbul edə bilərlər. Tələbələr isə fiziki olaraq bir yerdən başqa yerə getmədən dünyanın istənilən yerində dərslərdə iştirak edə bilərlər. Bu dərslərdə siz sinifdəki digər avatarlarla dost ola, dərsdən sonra birlikdə çay və qəhvə içməyə gedə bilərsiz. Yəni universitet həyatınızı tamamilə virtual mühitdə yaşaya bilərsiniz. Təbii ki, bunlar sadəcə kiçik nümunələrdir. 

 

Bloq yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + Metaverse niyə bu qədər populyarlaşdı?
  • + Metaverse nəyə görə investorlar üçün bu qədər maraqlıdır?
  • + Metaverse nümunələri nələrdir?
  • + Metaverse ilə Facebook-un (Meta şirkətinin) bir əlaqəsi varmı?
  • + Metaverse gələcəkdə nələr vəd edir?
  • + Metaverse-in zərərləri nələr ola bilər?
  • + Metaverse dünyasında nələr etmək olar?
  • + Metaverse-də necə yer almaq olar?
  • + Metaverse-ə investisiya etmək olar?