Marketinq kursları

Marketinq kursları: Doğru seçimi necə etməli?

İçindəkilər

Marketinq kursları: Doğru seçimi necə etməli?

Hansı sahədə çalışmağınızdan asılı olmayaraq marketinq haqqında daha dərin və təcrübələrdən keçirilmiş biliklər əldə etmək üçün marketinq kursuna müraciət etməniz daha tez və uğurlu nəticə qazanmağınıza kömək edəcək.

İstər öz xırda biznesinizi qurmaq, istər mövcud olanı daha da inkişaf etdirmək, istərsə də marketinq üzrə daha profesional olaraq çalışmaq üçün bu sadədə kurs almaq sizə çox faydalı olacaq. Şirkətlərin uğurlu strategiyalar qurması, markaların tanınması və satışların artması üçün effektiv marketinq biliklərinə sahib olmaq vacibdir.

Marketinq kursları nə öyrədir?

Ümumiyyətlə, kurslar andragogik (böyüklərin öyrənmə prosesini nəzərdə tutan bir təhsil nəzəriyyəsidir) yanaşma ilə daha effektiv şəkildə öyrədə bilir. Bu yanaşma, öyrənərkən- öz həyat təcrübələrini, biliklərini və maraqlarını tədris prosesinə daxil etməyi əsas götürür. Daha çox praktiki və real dünya nümunələr isə tədris prosesini daha effektiv və məhsuldar edir.

Marketinq kursları  insanlara müasir marketinq strategiyalarını, alətlərini və texnikalarını öyrədən proqramlardır. Bu kurslar adətən müxtəlif formatlarda təqdim olunur:

  • Onlayn kurslar – Udemy, Coursera, HubSpot kimi platformalarda mövcud olan kurslar və eyni zamanda təlimçilər tərəfindən keçirilən təlimlər.
  • Əyani kurslar – Universitetlər, təlim mərkəzləri və ya fərdi təlimçilər tərəfindən keçirilən dərslər.
  • Sertifikat proqramları – Google, Facebook, HubSpot kimi şirkətlərin təqdim etdiyi rəsmi sertifikatlı proqramlar.

 

Marketinq kursunu necə seçməli?

Düzgün kursu seçmək üçün aşağıdakı məqamları nəzərə alın:

  1. Məqsədinizi müəyyənləşdirin
    • Əsas biliklər öyrənmək istəyirsiniz, yoxsa ixtisaslaşmaq?
    • Rəqəmsal marketinq, kontent marketinqi, SEO və ya sosial media marketinqi üzrə təkmilləşmək istəyirsiniz?
  2. Kursun məzmununa baxın
    • Kurs hansı mövzuları əhatə edir?
    • Praktiki tapşırıqlar və real iş nümunələri varmı?
  3. Təlimçini araşdırın
    • Təlimçi və ya kurs təşkilatçısı marketinq sahəsində təcrübəli və peşəkardırmı?
  4. Sertifikatın dəyərini yoxlayın
    • Kurs bitirdikdən sonra sertifikat verilirmi?
    • Sertifikatın bazarda nə dərəcədə tanınır?
  5. Rəyləri oxuyun
    • Əvvəlki iştirakçıların rəyləri necədir?
    • Kursun real faydası olubmu?
  6. Qiyməti araşdırın
    • Kursun qiyməti onun təklif etdiyi bilik və təcrübə ilə uyğundurmu?

Dünyanın ən populyar 10 marketinq kursları:

  1. Google Digital Garage - Digital Marketing
    Rəqəmsal marketinq sahəsində əsas biliklər və bacarıqlar öyrədir.
  2. Coursera - Digital Marketing Specialization (University of Illinois)
    Rəqəmsal marketinqin bütün sahələrini əhatə edən ixtisaslaşmış kurs.
  3. HubSpot Academy - Inbound Marketing
    HubSpot tərəfindən təklif edilən pulsuz inbound marketinq kursu, müştəri cəlb etmək və əlaqələr qurmaq üzrə təlimat verir.
  4. Udemy - The Complete Digital Marketing Course
    SEO, sosial media marketinqi, e-mail marketinqi və daha çoxunu əhatə edən kurs.
  5. LinkedIn Learning - Marketing Strategy: Competitive Intelligence
    Rəqabət analizi və marketinq strategiyalarını inkişaf etdirməyə yönəlmiş kurs.
  6. Coursera - Social Media Marketing (Northwestern University)
    Sosial media marketinqinin əsasları və strategiyalarını öyrədən kurs.
  7. SEMrush Academy - SEO Training Course
    SEO üzrə dərin biliklər və real iş nümunələri təqdim edən kurs.
  8. Facebook Blueprint - Facebook and Instagram Marketing
    Facebook və Instagram-da marketinq strategiyalarını öyrədən pulsuz kurs.
  9. Skillshare - Content Marketing: Blogging for Business
    Kontent marketinqi, blog yazarlığı və SEO üzərində fokuslanan kurs.
  10. Moz Academy - SEO Essentials Certificate
    SEO üzrə təməl və qabaqcıl anlayışları əhatə edən təlim.

Azərbaycanın 3 uğurlu marketinq kursu:

  1. Digital Hero- https://digitalhero.az/digital-marketing-kursu/ 
  2. Baku Growth Academy- https://bga.az/services/marketing-bootcamp-kursu/
  3. Upper Education- https://upperedu.az/dijital-marketinq-telimi

Bu kurslar marketinqin müxtəlif sahələrini əhatə edir və müxtəlif təcrübə səviyyələrinə uyğun təkliflər təqdim edir.

Nəticə

Marketinq sahəsində inkişaf etmək və karyeranızı böyütmək üçün doğru kurs seçimi vacibdir. Məqsədinizə uyğun kursu taparaq müasir marketinq biliklərinə yiyələnə və uğurlu karyera qura bilərsiniz. Unutmayın ki, ən yaxşı nəticələr praktiki tətbiq və davamlı öyrənmə ilə əldə edilir!

Daha çoxu üçün teleqram kanalımızı izləyin !