Rus dilini öyrənmək üçün sözlər və ifadələr

İçindəkilər

Rus dili hazırda dünyada ən çox danışılan 8-ci dildir və 255 milyondan çox insan bu dildə danışır. BMT-nin rəsmi dillərindən biri olan rus dili, yalnız Rusiya və Belarusda deyil, həmçinin keçmiş Sovet ölkələrində, o cümlədən Azərbaycan, Qazaxıstan, Ukrayna və digər regionlarda geniş yayılmışdır.

Niyə rus dili öyrənməlisiniz?

Azərbaycanda rus dili həm gündəlik həyatda, həm təhsil, həm də işgüzar münasibətlərdə geniş istifadə olunur. Rus dili bilmək sizə aşağıdakı imkanları təqdim edir:

-Rusdilli ölkələrə səyahətdə rahat və sərbəst ünsiyyət qurmaq

-Rus ədəbiyyatını və filmlərini orijinal dilində anlamaq

-Xaricdə təhsil və karyera sahəsində rəqabət üstünlüyü

-Yerli və beynəlxalq iş mühitində əlavə dil bacarığı ilə fərqlənmək

-Beynəlxalq təşkilatlar və şirkətlərdə iş imkanlarını artırmaq

-Zəngin elmi və texniki mənbələrdən faydalanmaq

Rus dili öyrənmək karyera və şəxsi inkişaf üçün önəmli bir sərmayədir.

Əgər bu üstünlüklər sizi motivasiya edirsə, rus dilini peşəkar müəllimlərimizdən sistemli və effektli şəkildə öyrənmək üçün rus dili kursumuza keçid edib qoşula bilərsiniz.

Rus dili öyrənmək üçün nə etməliyik?

Əlbəttə ki, ilk öncə qrammatikadan başlamaq lazımdır.Lakin qrammatika daha çox vaxt və geniş məlumat tələb etdiyi üçün ilk mərhələdə ən çox işlənən söz və ifadələrlə başlamaq daha praktik və motivasiyaedici olur. Aşağıda sizə ən çox işlənən söz və ifadələri təqdim edirik.

A1-B2 Səviyyəsində Rus Dilində Sözlər

Bağışlayın – Извини́те (Прости́те) (izviníte, prastíte) - A1

Xoşdur! – Приятно! (priyа́tna) - A1

Çox şadam! – О́чень рад/ра́да! (ócen rad/rа́da) - A1

Böyük - Большо́й (balşóy) - A1

Digər / Başqa - Друго́й (drugóy) - A1

Harada?- Где? (gde?) - A1

Var / mövcuddur - Есть (yest’) - A1

Deyəsən - Ка́жется (kа́jets’a) - A2                     

Bəlkə - Наве́рное (navе́rna) - A2                  

Çox maraqlıdır - О́чень интере́сно (ócen interе́sna) - A2

Heç nə - Ничто́ (niçtó) - A2

Lazımdır / Gərəkdir - На́до (náda) - A2

Görmək - Ви́деть (vídet’) - A2

İndi / Hal-hazırda - Тепе́рь (tepér’) - A2

Olduqca - Дово́льно (davólna) - B1                     

Özəlliklə - Осо́бенно (asóbenna) - B1                

Əlbəttə - Разуме́ется (razumе́yets'a) - B1                  

Aydın (Aşkar) - Очеви́дно (acevídna) - B1          

Həqiqətən - Действи́тельно (destvítelna) - B1 

Tərəf / Bölgə - Сторона́ (staraná) - B1

Götürmək - Взять (vzyat’) - B1

İnkişaf – Разви́тие (razvítie) - B2

Məsləhət / Şura – Сове́т (savét) - B2

Bu qədər / Belə çox – Сто́лько (stól’ko) - B2

Qayıtmaq – Возвраща́ться (vazvraşçátsa) - B2

Telefon dəstəyı / boru – Тру́бка (trúbka) - B2

Ovuç içi – Ладо́нь (ladón’) - B2

Məlum olmaq / Ortaya çıxmaq – Ока́зываться (akázıvat’sya) - B2

A1-B2 Səviyyəsində Rus Dilində İfadələr

Sabaha qədər! -  До за́втра! (da zа́vtra) - A1

Saat neçədir? – Кото́рый час? (katóriy cas) - A1

Təkrarlayın, zəhmət olmasa – Повторите, пожалуйста (pavtaríte, pajáluysta) - A1

Mən başa düşmürəm –  Я не понимаю (ya ne panimáyu) - A1

Adınız nədir?– Как вас зовут? (kak vas zavút?) - A1

Səhər tezdən - Ра́но у́тром (rа́na útram) - A2

Tezliklə görüşənədək! – До ско́рой встре́чи! (da skóray vstrе́ci) - A2

Sizinlə tanış olmaq xoşdur – Прия́тно с ва́ми познако́миться  (priyа́tna s vа́mi paznakо́mits’a) - A2

Nəsə olub?  - Что-то случи́лось? (ştóta slucílas) - A2

Tərcümə edin, zəhmət olmasa - Переведи́те, пожа́луйста (perevedíte, pajа́lusta) - A2

Sizə müvəffəqiyyətlər arzu edirəm – Жела́ю вам успе́хов (jelа́yu vam uspе́xav) - B1

Bu maraqlı səslənir– Это звучит интересно (éta zvuçít interesna) - B1

Mən əminəm – Я уверен / уверена (ya uvyérən / uvyérina) - B1

İzah edə bilərsiniz? – Вы можете объяснить? (vı mójete abyasnít’?) - B1

Bu nə qədər vaxt aparacaq? – Как долго это займёт? (kak dóllga éta zaymyót?) - B1

Mən düşünürəm ki, bu qərar düzgün deyil – Я считаю, что это решение неверное (ya şçitáyu, şto éta reşéniye nevé rnaye) - B2

Əgər mən səhv etmirəmsə… – Если я не ошибаюсь…(yésli ya ne aşibáyus’) - B2

Təəssüf edirəm, lakin iştirak edə bilməyəcəm – К сожалению, я не смогу участвовать (k sazhalényu, ya ne smagú učástvavat’) - B2

Bu məsələ artıq həll olunub – Этот вопрос уже решён (état vaprós užé reşón) - B2

Mən ümid edirəm ki, siz mənim fikrimi anlayırsınız – Надеюсь, вы понимаете мою точку зрения (nadéyus’, vy panimáyete mayú tóçku zréniya) - B2

 

Evdən rus dili öyrənmək üçün 5 effektiv yolu kəşf etmək istəyirsinizsə,blogu oxuya bilərsiniz.

Rus dilini peşəkar müəllimlərimizdən sistemli və effektiv şəkildə öyrənmək istəyirsinizsə, rus dili kursumuza qoşula bilərsiniz.

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: