Rus dilini Öyrənmək üçün hər şey bir arada


Rus dili öyrənin ən asan 5 üsulu

Rus dili öyrənməyin 6 qısa yolu

Hal-hazırda rus dili öyrənmək istəyənlərin sayı günü-gündən artır. Lakin bəzi insanlara rus dili kurslarının qiyməti münasib olmur və yaxud başqa çətinliklər olur. Rus dili kursuna getmək kömək olsa da, getmədən də rus dili öyrənmək mümkündür. Buradakı ipucları sizi istiqamətləndirməyə kömək olacaq. 

0. Bonus Rus dili üzrə kitab​:

  1. Azərbaycan dilindən 0-dan rus dili öyrənmək üçün kitab: "Klik edin" 

  2. Azərbaycan dilindən rus dili öyrənmək üçün kitab: "Klik edin" 

  3. İngilis dilindən Rus dili öyrənmək üçün kitab:  "Klik edin" 

1. Oxuyun və qulaq asın:

   Rus dilini öyrənməyə əlifba və səslərdən başlamayın. Əlifbanı öyrənmək ingilis dilində danışmağa kömək edirmi? Xeyr. Sadə sözlərdən və düşüncələrin aydın olduğu dialoqlardan başlayın.   

2. Öyrənməyə rus dilində yazmaqla başlayın:

   Bunu çox tez öyrənə bilərsiniz. Təxminən 2 saatda yaxşı bir üsul istifadə edərək, barmaqlarınız klaviaturanı tanıyacaq. Fikriniz yox, barmaqlarınız, bəli. Yalnız təcrübə edin və sürətiniz artacaq və artacaq.

3. Rus dilində danışın:

   Rus dilində sadə dialoqlardan istifadə edin. Bu danışığı və dinləmə qabiliyyətini artırır. Dinlədiyiniz audioları təkrarlamağa cəhd göstərin. Yeni başlayanlar üçün fərqi anlamaq çətin ola bilər. Yaxşı olar ki, sizi istiqamətləndirən, detalları asan şəkildə izah edən müəllimədən kömək alasınız. Çoxlu məşq edin. Bu qavrama və öyrənməyi sürətləndirəcək.

4. Hər gün zaman ayırın:

   Azı, gündəlik 3 dəfə, 10 dəqiqə olmaqla praktika edin. Audiolara qulaq asın və danışığlara diqqət yetirin. Dil öyrənmək idman və ya mahnı öyrənmək kimi birşeydir. Yaddaşdan əlavə fiziki cəhətdəndə məşğul olmalısınız.

5. Film və ya serial izləyin:

   Bu üsul ilə siz eyni anda həm dinləmə və danışmaq bacarıqlarınızı, həm də lüğət ehtiyatınızı artıracaqsınız. Yeni başlayanlar ilk altyazı ilə, daha sonra isə altyazısız filmlər və seriallar izləyə bilərlər. Çalışın hər gün müəyyən qədər vaxtınızı buna ayırın.

6. Əylənin:

   Hər şeyi əylənərək öyrənmək məqsədə çatmaq üçün daha effektiv olur. Xarici dildə danışmaq əyləncəli olur, lakin onu öyrənmək də əyləncəli olmalıdır.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: