Səsli axtarışları optimallaşdırmaq üçün 7 məsləhət!

İçindəkilər

Google-un proqnozuna görə, 2020-ci ildə Amerikada yetkin insanların 50%-i axtarışlarını səsli edəcəyini, edilən sorğuların 20%-nin mobil cihazlardan həyata keçiriləcəyi, Comscore-nin araşdırmalarına  görə isə, 2020-ci ildə bütün axtarışların 50%-nin səsli axtarış olacaqdır

Məlumatlar çox təəccüblü olsa da, səsli axtarış ilə yazılı axtarış arasında 3.7 dəfə çox sürət fərqi var. Buna görə də, daha çox insanın klaviatura yerinə səs axtarışından istifadə etməsi təəccüblü deyil. Ona görə də markalar  səsli axtarış prosesində tez bir zamanda tədbirlər görməli və sayt daxilində və ya xüsusi səhifələrdə optimallaşdırma işlərinə başlamalıdırlar.

Optimallaşdırma prosesi üçün hazırladığımız 7 kritik elementə keçməzdən əvvəl, bütün mənzərəni görmək üçün səs axtarışı ilə bağlı əsas statistikaya baxmaq daha yaxşı olar.   

 Yaşa görə səsli axtarışlardan istifadə edənlər 

Y generasiyasının (1980-1994) 2018-ci ildə 35.8%, 2019-cu ildə 40% nisbətində səsli axtarışdan istifadə etdiyi,

X generasiyasının (1965-1979) 2018-ci ildə 16.7%, 2019-cu ildə 18% nisbətində səsli axtarışdan istifadə etdiyi,

“Baby Boomer” (1944-1964) arası doğulanların da 2018-ci ildə 9.9%, 2019-cu ildə 11% nisbətində səsli axtarışdan istifadə etdiyi görülməkdədir.

Yaşa görə analiz etdiyimizdə görünür ki, hər keçən gün  səsli axtarışdan istifadə edənlərin sayı daha da artır.

Bəs niyə səsli axtarışlar bu qədər tez artır, istifadəçiləri səsli axtarışlar etməyə vadar edən ən böyük amil nədir? Gündəlik həyatımızdan bir neçə nümunəyə baxdıqda, daha sürətli film izləmək, bir yerə daha sürətli çatmaq, daha sürətli bir dil öyrənmək, daha sürətli yemək hazırlamağı misal göstərə bilərik. Beləliklə, ən böyük səbəb şübhəsiz sürətdir!

Səsli axtarışlar üçün istifadə edilən servislər:

İstifadəçilər səsli axtarışları hansı servislər üzərindən həyata keçirdiyinə baxdıqda isə  Apple Siri, Google Home - Assistant, Amazon Echo, Microsoft Cortana, Amazon Alexa  üzərindən axtarış edirlər. Böyük fərqlə ən çox səsli axtarışların edildiyi servis Apple Siri'dir.

Nə vaxt səsli axtarışlar edirik:

İstifadəçilərin səsli axtarışları ən çox mobil telefonlar üzərindən ən çox hansı vəziyyətlərdə etdiyini təhlil edən bir araşdırmaya görə, ən çox səsli axtarışların avtomobil sürərkən və ya digər bir fəaliyyət göstərərkən həyata keçirildiyi ortaya çıxdı (2018-ci ilin məlumatlarına əsasən).

Avtomobil sürəndə:  52.6%

İdman və səyahətlərdə: 27%

İşləyərkən: 10%

Televizora baxarkən: 8.5%

Yemək bişirərkən: 7%

Ən çox edilən səsli axtarışlar

Günlük həyatda popular səsli axtarış istifadə vəziyyətlərinə baxıldığında isə çox da təəccübləndirici nəticələr görmürük:

Yer istiqaməti

Kimisə axtarmaq

Taymerin identifikasiyası

Nəqliyyat sıxlığı ilə bağlı suallar

Hava məlumatı

Sual vermə

Alarm qurmaq

Səsli zənglər üçün səhifələrin optimallaşdırılması

Səsli axtarışların böyümə sürəti, istifadəçilərin yaş bölgüsü, ümumi sorğu növləri və ehtiyacların ortaya çıxdığı vaxtlar kimi məlumatları nəzərdəm keçirdik. Növbəti addım səhifə axtarışları optimallaşdırmaqdır. Aşağıdakı addımları yerinə yetirərək səhifənizi səsli axtarışlar üçün optimallaşdıra bilərsiniz.

1) Mobil uyğunluq: Səs axtarışlarının 80% -i ümumiyyətlə mobil cihazlardan edildiyi üçün mobil bir saytın olması və onun yaxşı optimallaşdırılması lazımdır.

2) Sayt sürəti: Mobil cihazlarda axtarış edən bir istifadəçinin qarşılaşmaq istədiyi ən son şey yavaş açılan bir saytdır. Sahifə sürəti nə qədər çox olarsa, müştərilərin “feedback”ləri ciddi şəkildə artacaqdır. Saytınızın sürəti 2 və ya 2,5 saniyədən gec açılarsa, optimizasiya edilməlidir.

3) Verilən cavablar: Tez-tez verilən suallar səhifə daxilində yaradılmalı, bununla yanaşı uzun deyil, qısa və aydın olmalıdır. Bir araşdırmaya görə, səsli bir axtarışın cavabı 75 hərfdən ibarətdir.

4) Açar sözlərin təhlili: Təhlil prosesində ən böyük addım istifadəçinin ehtiyacını başa düşməkdir. İstifadəçilər tərəfindən edilən səsli axtarış növlərinə nəzər saldıqda, axtarışların əksəriyyətinin uzunluğu 4 ilə 6 arasında olan quyruq sözlərindən ibarət olduğunu və axtarışların əksəriyyətinin hələ də sual yönümlü olduğunu görürük.

Hədəf auditoriyanızın hansı axtarış növlərini həyata keçirdiyini bilmək üçün Search Console, Serpstat Search Questions, BuzzSumos Question Analyzer, Answer the Public və Google related və suggestions vasitələrini  istifadə edərək bütün alətlərdən sözləri bir siyahıda toplamaq olar.

5) “Schema” (strukturlaşdırılmış işarələmə işarəsi) istifadə: Google və digər axtarışlar sistemləri ilə yaradılan “schema” ilə səsli axtarışlar üçün arxa planda müvafiq hissələrdə yerləşdirmələr səsli axtarış nəticələrində daha əlverişli yerlərə gəlməyinizə imkan verir. Google bu mövzuda “Schema” işarələməyin istifadəsini tövsiyə edir.

6) Domain Authority: Səsli axtarışda sıralanan saytların “domen authority”lərinə baxıldıqda  75-30 olan saytların daha əlverişli yerdə olduğunu görürük. “Domen authority” nəticəniz çox aşağıdırsa, “backlink” strategiyanızı inkişaf etdirməyiniz lazım olacaqdır.

7) “Special Snippets”: Səsli axtarışlara verilən cavabların 40% -ı Position Zero tərəfindən alındığı görülür. Səhifələriniz  “Special Snippet”  üçün optimizasiya ediməsə, səhifənizin səsli axtarış  nəticələrində çıxması çətinləşəcək.

 

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun: