Xaricde tehsil│Xaricde tehsil almaq Upper.az
Xaricdə oxumağın 7 üstünlüyü

Xaricdə oxumağın 7 üstünlüyü

Xaricdə Təhsil almaq bəlkə də ən faydalı təcrübələrdən biridir. Xaricdə təhsil alan tələbələr, xarici bir millətdə təhsil almağa və onların mədəniyyətinə bələd olmaq imkanı əldə edirlər. Aşağıda xaricdə təhsil almağın 10 səbəbi izah olunub.

       1. Xaricdə təhsil almanın üstünlüyünü görmək istəyrisinizsə istənilən xaricdə oxumuş tanışlarınızdan bu haqda soruşa bilərsiniz. Xaricdə təhsilin faydaları ev sahibi ölkənin yeni ərazilərini, təbii möcüzələrini, muzeylərini və görməli yerlərini görmək imkanıdır. Bundan başqa, xaricdə olduğunuzda, həmin ölkədə gəzməklə məhdudlaşmayacaqsınız - qonşu ölkələri də görəcəksiniz! Məsələn, İtaliyada təhsil alırsınızsa, Amsterdam, London, Barselona və Berlin da daxil olmaqla bir çox müxtəlif yerlərdən keçmək imkanınız olacaq.

       2. Xaricdə təhsil almaq istəyən bir çox tələbə ilk dəfə evlərini tərk edir. Onlar yeni  ölkəyə gəldikdə, fərqli mədəni perspektivlər ilə təəccüblənirlər. Xaricdə təhsil aldığınız zaman fərqli yeni qidalar, ənənələr, sosial atmosferlə tanış olacaqsınız. Siz tamamilə yeni həyat tərzinə şahid olmaq imkanı əldə edəcəksiniz. Həmdə yemək bişirməyi öyrənəcəksiniz :) 

       3. Xaricdə təhsil almağı planlayırsınızsa, bunun ən böyük üstünlüklərindən biri də xarici dili öyrənməkdir. Bir dili öyrənmək üçün həmin ölkədə yaşamaq, bu dili daha tez qavramanıza kömək olur. (Təbiki orada təkcə azərbaycanlı dostlar qazansanız nəinki dil öyrənmək bildiyinizidə yaddan çıxaracaqsınız. Çalışın xarici dostlar əldə edin!)

       4. Xaricdə təhsilinizi bitirib geri dönüyünüzdə artıq mədəniyyət, yeni dil bacarıqlarıyla daha fərqli dünyagörüşü ilə müşahidə aparacaqsınız. İş üçün müraciət etdiyiniz şirkətlərin daha çox diqqətini çəkəcəksiniz.

      5. Müxtəlif ölkələrdən yeni dostlar qazanmaq imkanınız olacaq. Bu da fərqli mədəniyyətlərin öyrənilməsinə kömək olur. Təhsilinizi bitirdikdən sonra isə onlarla əlaqənizi saxlayın.(Unutmayın ki Xaricdə oxumağın ən böyük üstünlüyü Networking-di)

      6. Gələcəkdə işə götürülən zaman sizə üstünlük veriləcək. Problemlərdən qorxmadığınızı görəcəklər. Xaricdə təhsil almış tələbələr ünsiyyətdə, problemlərin həllində, cəmiyyətlə əlaqədə çox fərqlənirlər. Xaricdə təhsil almaq insanın dünya görüşündə də artıma səbəb olur.

      7. İş və karyera həyatınızda çox böyük irəliləyişlər olacaq. Çünki böyük şirkətlərin baş ofisləri avropa ölkələrində olurki buda sizə CV-nizə yazmağa çoxlu beynəlxalq təcrübə yazdıra biləcək. Xaricdə oxumaq fürsətini əldən verməyin. Fərqli təcrübə, mədəniyyət yeni dil imkanını qaçırmayın

        Əlavə olaraq, onu da qeyd edək ki, Xaricdə Təhsil almaq üçün ən əsas dil bilikləriniz, ingilis dili, rus dili, Və yaxud da Beynəlxalq sertifikatlarınız, SAT, İELTS, TOEFL olmalıdır. Siz dil kurslarında bu bilikləri sertifikatları əldə edə bilərsiniz. 

QEYD: Ingilis dili səviyyəniz yaxşı olsa da Erasmus kimi 6 aylıq exchange programlarında sizə İELTS sertifikatı lazım olacaq. Buna görə də İELTS sertifikatınızın olması sizi digərlərində 1 addım olmağınıza gətirib çıxaracaq.