Turkiyede Tehsil│Atestatla Turkiyede Tehsil Upper.az
Türkiyədə Təqaüdlə Təhsil

Türkiyədə Təqaüdlə Təhsil

Türkiyədə ödənişsiz, təqaüdlə təhsil almaq imaknını qaçırmayın. Beynəlxalq səviyyədə təhsil almaq imkanı qazanın.

Türkiyənin ən müxtəlif universitetlərində ödənişsiz, təqaüdlə təhsil almaq istəyirsinizsə, Türkiyə bursları tələbə qəbulu elan edir. Beynəlxalq səviyyədə təhsil almaq imkanı, eyni zamanda təcrübə zənginliyi ilə yanaşı, Türkiyədə dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq üçün beynəlxalq tələbələrə təqaüd təklif edir.

2019-cu il qəbulun sonrakı mərhələlərini asanlaşdırmaq və sürətləndirmək üçün bu il müraciət etməyi planlayan bütün namizədllər etibarlı pasportla Şəxsiyyət vəsiqəsi, ya da burs üzrə müsahibələr zamanı etibarlı pasportu saxlaya və təqdim etməlidir.

Ölkə: Türkiyə

Tədris ili: 2019/2020

Təhsil səviyyəsi:  Bakalavriat, magistratura, doktorantura, həmçinin 1 il dil hazırlığı kursu

Maliyələşmə: Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri (Universitet ödənişi, yataqxana, yemək və təyyarə bileti) əhatə edir.

Turkiyede Tehsil səviyyəsinə uyğun aylıq təqaüd:  

Bakalavriat səviyyəsi üzrə: 700 TL

Magistratura səviyyəsi üzrə: 950 TL

Doktorantura səviyyəsi üzrə: 1400 TL

2019-cu il üçün Türkiyədə təqaüdlə Təhsil proqramlarına müraciət son qeydiyyat tarixi 20 fevraldır.

Ətraflı məlumat üçün: https://www.turkiyeburslari.gov.tr/en/announcement/turkiye-scholarships-2019-applications