Vergi ve Muhasibat Telimi | Maliyye Telimleri Upper.az
Maliyyə və Mühasibatlıq

Maliyyə və Mühasibatlıq

Upper Business School karyerasını Maliyyə&Mühasibatlıq sahəsində qurmaq istəyən və ya bu sahədəki biliklərini təkmilləşdirmək istəyən şəxslər üçün 19.01.2019-ci il tarixindən başlayacaq "Vergi Qanunvericiliyi və Mühasibat" adlı təlimə start verir.

"Upper Business School" sizləri keçiriləcək növbəti təlimə dəvət edir.

Kimlər iştirak edə bilər:
Upper Business School karyerasını Maliyyə&Mühasibatlıq sahəsində qurmaq istəyən və ya bu sahədəki biliklərini təkmilləşdirmək istəyən şəxslər üçün 19.01.2019-ci il tarixindən başlayacaq "Vergi Qanunvericiliyi və Mühasibat" adlı təlimə start verir.

Təlim ərzində vergi ilə bağlı bütün əməliyyatların izahı olacaq və dərslər həm nəzəri, həm də praktik olaraq keçiriləcəkdir. Əlavə olaraq 2018-ci il vergi məcəlləsində olan dəyişikliklər praktik çalışmalarla şərh ediləcəkdir.

Təlimçi Vasif Əliyev

Vergi Uçotu üzrə Azərbaycanda tanınmış mütəxəssislərindən biridir. F3, Vergi uçotu, Auditorlar palatasının AUDİT sertifikatlarının sahibidir. Vasif müəllim 10 illik iş təcrübəsi vardır. Bəhrə Biskvit Fabriki, Koroğlu Dağıtım və Ticarət, VAP CO Consulting, İmprotex şirkətlər qrupunda baş mühasib kimi müxtəlif vəzifələrdə çalışmış, BMW, HB Güvən Klinikası, İmprotex Travel, Trucks and Buses, Finezza Catering, Maestro, Rovel Group, Navigator, Gensel və digər şirkətlərdə maliyyə auditi və vergi məsləhətçisi kimi çalışmışdır. Hal hazırda peşəkar karyerasını  maliyyə şirkətində  vəzifəsində davam etdirir.

✔Təlim haqqında:
Modul 1. Vergi qanunvericiliyi ilə bağlı ümumi hissə
Modul 2. Əmək münasibətləri ilə bağlı vergi, əmək və məcburi sosial sığorta üzrə qanunvericiliklərin tənzim edilməsi
Modul 3. Sadələşdirilmiş vergi
Modul 4. Fiziki şəxslərin gəlir vergisi
Modul 5. Ödəmə mənbəyindən verginin tutulması
Modul 6. Əlavə dəyər vergisi
Modul 7. Torpaq vergisi
Modul 8. Əmlak vergisi
Modul 9. Aksiz vergisi
Modul 10. Yol vergisi
Modul 11. Mədən vergisi
Modul 12. Hüquqi şəxslərin mənfəət vergisi
Modul 13. Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr

Təlim 3 ay olmaqla 36 saat təşkil edir. Dərslər həftənin şənbə günü saat 15:00 - 18:00 dək davam edir. Təlimdə iştirak haqqı 
aylıq 119 AZN-dir.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər

Qeydiyyat linki:https://goo.gl/forms/egSCQElFktiYo2et1
Ünvan : İstiqlaliyyət küçəsi, 39 İşərişəhər.m
Əlaqə nömrələri : 
Mob : 050 295 05 64
Ev : 012 492 55 42