Rus dilinizi inkişaf etdirəcək ipuclari Upper.az
Rus dilinizi inkişaf etdirəcək ipucları

Rus dilinizi inkişaf etdirəcək ipucları

Rus dilini öyrənmək çətin deyil, əgər sizin yeni yanaşmanız varsa. Dil əsaslarını tez bir zamanda öyrənmək üçün təbii və intuitiv öyrənmə yolundan istifadə edin.

Hal-hazırda rus dil öyrənmək istəyənlərin sayı günü-gündən artır. Lakin bəzi insanlara rus dili kurslarının qiyməti münasib olmur və yaxud başqa çətinliklər olur. Rus dili kursuna getmək kömək olsa da, getmədən də rus dili öyrənmək mümkündür. Buradakı ipucları sizi istiqamətləndirməyə kömək olacaq. 

1. Oxuyun və qulaq asın:

      Rus dilini öyrənməyə əlifba və səslərdən başlamayın. Əlifbanı öyrənmək ingilis dilində danışmağa kömək edirmi? Xeyr. Sadə sözlərdən və düşüncələrin aydın olduğu dialoqlardan başlayın.

      

    2.Öyrənməyə rus dilində yazmaqla başlayın:

         Bunu çox tez öyrənə bilərsiniz. Təxminən 2 saatda yaxşı bir üsul istifadə edərək, barmaqlarınız klaviaturanı tanıyacaq. Fikriniz yox, barmaqlarınız, bəli. Yalnız təcrübə edin və sürətiniz artacaq və artacaq.

    3.Rus dilində danışın:

    Rus dilində sadə dialoqlardan istifadə edin. Bu danışığı və dinləmə qabiliyyətini artırır. Dinlədiyiniz audioları təkrarlamağa cəhd göstərin. Yeni başlayanlar üçün fərqi anlamaq çətin ola bilər. Yaxşı olar ki, sizi istiqamətləndirən, detalları asant şəkildə izah edən müəllimədən kömək alasınız. Çoxlu təcrübə edin. Bu qavrama və öyrənməyi sürətləndirəcək.

    4.Hər gün zaman ayırın:

Azı, gündəlik 3 dəfə, 10 dəqiqə olmaqla praktika edin. Audiolara qulaq asın və danışığlara diqqət yetirin. Dil öyrənmək idman və ya mahnı öyrənmək kimi birşeydir. Yaddaşdan əlavə fiziki cəhətdəndə məşğul olmalısınız.

    5.Flaş kartları atın:

Onlar həqiqətən də çox təsirli deyil. Yalnız yuxarıda göstərilən addımlara əməl edin və fiziki olaraq rahat danışmaq üçün özünüzü hazırlayacaqsınız. Ümumiyyətlə, hər şeyi xatırlayaraq bilincli şəkildə konsentrasiya etməyiniz lazım deyil. Bunlar yalnız avtomatik olaraq olacaq.

    6.Əylənin:

Hər şeyi əylənərək öyrənmək məqsədə çatmaq üçün daha effektiv olur. Xarici dildə danışmaq əyləncəli olur, lakin onu öyrənmək də əyləncəli olmalıdır.