İngilis dili oyrenmek│İngilis dili kurslari qiymetleri Upper.az
İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu

İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu

Qrammatikada edilən ən çox səhvlərə uzlaşma, cümlə üzvlərinin yeri, vergülün düzgün yerdə qoyulmaması, yanlış sözün işlədilməsi və digərlərini nümunə çəkmək olar. Bu və digər səhvləri düzəltməyin bir neçə yolu vardır.

    İngilis dili öyrənən insanlar çox zaman ingilis dili kurslarına gedir və yaxud da evdə kitab oxuyaraq, filmə baxaraq və s. öyrənirlər. İngilis dilini öyrənlər üçün qrammatika səhvlərinin ən çox hansıları olduğu və bu səhvlərin nədən yarandığı çox zaman özlərinə məlum olur. Aşağıda ən çox edilən 5 səhv göstərilib.

1. Ən çox edilən qrammatik səhvlərdən biri də whowhom  işlədilməsi zamanı yaranır. Bu cür cümlələrə rast gəldikdə onları düşünərək yenidən quraşdırmaq lazımdır. Beləki, “whom did you give letter to?” dəyişərək “you gave letter to whom?” burada sözün cümlənin obyekti olduğuna görə whom daha çox uyğun gəlir. Cümlənin subyekti ilə obyektini ayırmaq çətin görünə bilər buna görə də unutmayın: subyekt cümləni başladır amma obyekt onu sonlandırır.

2. Bundan başqa he himin nə zaman işlədilməsində də bir çox səvhlər edilir. Əgər siz “him and me went somewhere” desəniz cümləniz yanlış olacaqdır. Burada düzgün variant “he and I went somewhere” olacaqdır. Lakin, burada daha bir sual yaranır. Çünki buna bənzər olan “he gave it to her and I” cümləsi yalnışdır və düzgün variant “he gave it to her and me” olmalıdır. Bəs bu cümlələrdə nəyi nə zaman işlətməyi necə müəyyən etmək olar? Belə hallarda cümlədəki and birləşdiricisini unudaraq onu yenidən demək sizə kömək edəcəkdir. Məsələn, “he gave it to I” düzgün səslənmir və ona görə də “he gave it to she and I” da yanlış cümlədir. Eyniylə digər cümləni müqayisə etmək olar. “him and “him and me went somewhere”cümləsini “me went somewhere” kimi düşünsəniz onun düzgün səslənmədiyini görəcəksiniz.

3. Further farther sözlərinin cümlədə səhv işlədilməsinə də çox rast gəlmək olur. Bu sözləri qarışdırmamaq üçün onların məqsədini öyrənmək ən asan yol ola bilər. “farther” sözü fiziki məsafələrin təsviri üçün, “further” sözü isə qeyri-maddi/məntiqi olan məsafələrin təsviri üçün işlədilir. Məsələn, “he lives farther down the road” cümləsində farther yol məsafəsini, fiziki məsafəni bildirir və  "He took the argument further than I would have wanted" cümləsində further gözlə görünə bilməyən məsafəni bildirir.

4. Vasitəsiz cümlələrdən istifadə zamanı saytell felinin istifadəsində də bir çoxları səhvlər edir. Bu ikisi arasında əsas fərq told felini işlədərkən kimə deyildiyi işlədilir lakin, say felini işlədərkən şəxs naməlum olur və bu şəxsin işlədilməsi üçün obyektən əvvəl “to” işlədilir. Mələsən:

He told me that he was going into hospital for a major operation

He said that he expected to be kept in for about six weeks

What did she say to him?

Vasitəli nitqdə isə say feli daha çox işlədilir. Bu cümlələrdə tell feli təlimatlandırmaq/ məlumatlandırmaq məqdədi ilə işlədilir.

5. Digər bir qrammatik səhvlərə lielay sözlərinin istifadəsini nümunə gətirmək olar. To lie uzanmaq mənasını verirsə, to lay nəyisə bir yerə qoymaq mənasını verir. Lakin, burada çaşdırıcı bir çox məsələlər vardır. Çünki, to lie felinin keçmiş zamanı lay felidir və to lie həmçinin yalan danışmaq mənasında işlədilə bilər. Burada lie felinin yalan və yaxud uzanmaq feli olduğunu cümlənin məzmunundan anlamaq olar lakin, uzanmaq mənasında işlədilən lie felini lay feli ilə qarışdırmamaq lazımdır. Onlari fərqlədirməyin bir yolu cümlədəki zaman zərfinə diqqət yetirməkdir. Məsələn,

Yesterday, she lay on the same sofa, but she will not lie there tomorrow

Bu cümlənin birinci hissəsindəki lay feli to lie felinin keçmişidir. Bunun sübutu isə cümlədə işlədilən yesterday zaman zərfidir. Lakin, cümlənin ikinci hissəsində olan ikinci lie feli gələcək zamanı bildirdiyindən olduğu kimi işlədilmişdir.

They lay the book on the table every day. They laid the book on the table yesterday

Bu cümlədə isə lay feli heç bir keçmiş zaman zərfi olmadığına görə onun yerləşdirmək/qoymaq mənasında olduğunu müəyyənlşdirə bilərik. Keçmiş zamanda isə laid feli işlədilir.