İngilis dili│İngilis dili kurslari | Rus Dili Kurslari Upper.az
İngiliscə tələffüz və səlisliyi artırmağın beş yolu

İngiliscə tələffüz və səlisliyi artırmağın beş yolu

Dildən ünsiyyətdə istifadə zamanı əsas tələffüz və səlisliyə ehtiyac duyulur. Danışığı səlis etməyin bir neçə yolları vardır.

İngilis dilini öyrənən bir çox insanlar əsas fikirlərini qrammatikanın və sözlərin öyrədilməsinə cəmləyir. Bunların xarici dilin öyrənilməsində çox köməyi olsa da, bu dildən ünsiyyətdə istifadə zamanı əsas tələffüz və səlisliyə ehtiyac duyulur. Siz ingilis dilində danışan zaman düzgün tələffüz etmədiyiniz üçün insanlar sizi doğru anlamaya bilər.  Danışığı səlis etməyin bir neçə yolları vardır.

1.İngilis dilində düzgün tələffüzü öyrənmək üçün ilk öncə yaxşı dinləyici olmaq lazımdır. Sözlərin tələffüzünü nə qədər çox eşidilsə, onları sonradan tələffüz etmək bir o qədər rahat olacaqdır. İngilis dilində bəzi səslər Azərbaycan dilindən fərqləndiyinə görə bu üsulla onları daha yaxşı başa düşmək və cümlədə digər oxşar sözləri bir-birindən fərqləndirmək daha asan olacaqdır. Digərlərinin danışığından, xüsusilə də xaricdə yaşayanların danışığından istifadə edərək sözlərin tələffüzünü öyrənmək sizdə daha çox özünəinam hissi yaradacaq. Bununla belə, müxtəlif şəxslərin səslərini dinləməkdən çəkinməyin, onların tələffüzündəki fərqi araşdırın.

2.Tələffüz orqanlarının, xüsusilə də, dodaqların hərəkətinə diqqət yetirin. Danışıq zamanı ağzınızın necə hərəkət etdiyinə, sizin onu necə işlətdiyinizə fikir verin. Bunun üçün ən sadə üsul güzgüyə baxaraq danışmaqdır. Digər bir yolu isə barmağını dodaqlarına toxunduraraq danışmaqdır. Barmağını hərəkət etdirmədən danışığını və dodaqlarının hərəkətini, barmağını itələyib ya da geri çəkilməyini müşayət edin. Bundan başqa dilin hərəkətinə diqqət yetirmək lazımdır. Azərbaycan dili ilə ingilis dili eyni hərflərə malik olsada onların tələffüzü bir-birindən tamamilə fərqlənir. Burda əsas rolu dilin mövqeyi oynayır. Bunun üçün də güzgüdə dilin hərəkətini izləmək və ya, digər şəxslərin ağız hərəkətlərini izləmək sizə danışıqda daha kömək edəcək.

3.Vurğunun işlədilməsinə diqqət yetirin. İstənilən dildə danışarkən vurğunun düzgün işlədilməsi cümlənin tələffüzündə böyük əhəmiyyət daşıyır. Bununla həm müxtəlif cümlələri, həmçinin cümlədəki hansı sözün əsas olduğunu vurğulayırıq. İngilis dilində bəzən eyni sözlər cümlədəki vəzifəsindən asılı olaraq vurğuları müxtəlif şəkildə qəbul edir. Xüsusilə, iki hecalı sözlər cümlədə isim olanda vurğu birinci, fel olduqda isə ikinci hecaya düşür. Məsələn,

A PREsent (isim)                 To preSENT (fel)

An ADDress (isim)             To address (fel)

4.Tələffüzü inkişaf etdirməyin ən yaxşı yollarından biri də yoldaş ilə məşq etməkdir. Digərləri ilə məşq etmək həm daha əyləncəli, həm də danışıqda etdiyiniz səhvləri öyrənməyin ən yaxşı yollarından biridir. Bundan başqa, hər hansı sevimli filmdən bir-iki cümlə seçərək onu danışmaq və danışığını video vasitəsi ilə qeyd etməklə həm tələffüzünüzü, həm də ağız hərəkətlərinizi izləyə və dəyərləndirə bilərsiniz. Dostlardan da bu video haqqında fikirlərini almaqla və ya orjinal videonu təkrar izləməklə arada olan fərqi görə bilərsiniz.

5.Əlinizdə  olan mənbələrdən maksimum şəkildə yararlanmaq lazımdır. Bunun üçün internet şəbəkələri araşdırmaqla xaricdə yaşayan vətəndaşlar ilə ünsiyyət qurmaq, onların danışığını dinləmək və yaxud, tələffüz üçün olan proqramlar ilə işləmək mümkündür. “English pronunciation”, “Hello English: Learn English” , “Speak English Pronunciation” və digər proqramlarının köməyindən istəfadə etmək mümkündür. 

    İngilis dilində səlis danışmaq nə qədər zaman aldığı çoxlarını maraqlandıran suallardan biridir. Bu suala heç kəs dəqiq cavab verə bilməz çünki, bu öyrənən şəxsin aktivliyindən asılıdır. Yalnız artıq ingilis dilində sərbəst danışdığınız zaman bunun sizin üçün nə qədər vaxt aldığının fərqinə varmaq mümkündür. Bu və ya digər üsullardan istifadə etməklə tələffüzü inkişaf etdirmək lazımdır.