İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər Upper.az
İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər

İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər

İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər

İngilis dilinin çətin və öyrənilməsi səy tələb edən dillərdən dili olması reallıqdır. Bu onu öyrənmək istəyən insanların artıq hansı dili (dilləri) bildikləri ilə də əlaqəli olan bir məsələdir. İngilis dili onunla eyni dil ailəsindən olan dilllərdə danışan insanlara öyrənmək üçün daha asan başa gəlir. O cümlədən, əgər müəyyən qədər baza bilikləri ilə başlamısınızsa, bu sizin üçün daha da asanlaşır. Bütün dillər haqqında bu deyilsə də ingilis dili özünəməxsus çətinliyə, xüsusi çaşdırıcılığa malik bir dildir. Xüsusilə mətnin irəliləyən hissələrində siz ingilis dilini öyrənərkən insanların  qarşılaşdığı və bir çoxunu həvəsdən salan müxtəlif çətinliklərlə tanış olacaqsınız.

1. İngilis dili ən böyük və qarışıq lüğətə sahib dillərdən biridir.

Bəzi alimlərin araşdırmalarına görə isə inglis dili dünyada ən çox sözə malik olan dildir. Bu dildə sözlər öyrənərkən ən çox diqqətli olmalı olduğunuz məqam isə öyrəndiyiniz sinonimlərdir. Çünki, sizin üçün heç bir fərqi yoxmuş kimi görünən sinonimlər ingilis dili ana dili olan şəxslər üçün tamamilə fərqli anlayışa gələ bilər. Buna misal olaraq “plump” və “fat” sözlərini götürə bilərik, hansı ki dilimizə fərqsiz olaraq “kök”  şəklində tərcümə edilir. Lakin biz “plump” sözünün sağlam köklük, irilik mənasında, “fat” sözünün isə qeyri-sağlam və neqativ mənada işləndiyini bilmək üçün gərək öyrəndiyimiz sözlər barədə kiçik araşdırma aparaq, hansı ki vaxtımızı ala bilər.

2. İngilis dili qrammatikası öz qarışıqlıq və qəlizliyə ilə seçilir.

Buna misal olaraq şübhəsiz ki, böyük əksəriyyətimizin çətinlik çəkdiyi zamanları göstərə bilərik. Fikrimizi ifadə etmək üçün ingilis dili bizə geniş imkanlar açır – 12 zaman növü! Öz dilinizdə asanlıqla deyə biləcəyiniz hər hansı bir cümlənin mənası ingilis dilində “I have written”, “I am writing”, “I write”, “I had written”, “I will write”, “I have been writing” kimi başlanğıclardan aslıdır. Qısacası, qrammatikanı öyrənərkən xırdalıqları gözdən qaçırmamalı və bütün bu “imkanları” dəyərləndirməlisiniz.

3. Tələffüz dəyişkən və çaşdırıcı ola bilər.

İngilis dilinin tələffüzü aspektindən baxsaq, qarşılaşa biləcəyimiz çətinliklər bizim ana dilimizin hansı dil olmasından irəli gələ bilir. Azərbaycanlı olmağımız bu məsələ bəxtimizin gətirdiyini göstərir, çünki dilimiz geniş səs imkanlarına malikdir və istənilən xarici dili öyrənərkən tələffüz bizim üçün ən asan amil olaraq qalır.  Lakin bu o demək deyil ki, ingilis dilinin tələffüzünə qətiyyən fikir verməməli və diqqət ayırmamalısınız. Gəlin bəzi misallara nəzər salaq: “cough”, “tough”, “through”, “thorough”, “bough” and “dough”. Bu sözlərin hamısının “-ough” hissəciyi ilə bitməsi sizi onların eyni tələffüz edildiyi qərarına gətirə bilər. Lakin, sizə bir daha bu sözləri nəzərdən keçiməyinizi tövsiyyə edirik.

İngilis dilini öyrənərkən yuxarı sadalanan və istənilən tipli çətinliklərlə üzləşirsinizsə sizi UPPER Education – da peşəkar müəllim heyyəti tərəfindən yüksək keyfiyyətli ingilis dili dərslərindən yararlanmağa dəvət edirik. Davamlı kampaniyalarımızdan, sərfəli qiymətimizdən və digər üstünlüklərdən yararlanmaq şansını qaçırmayın.